"Düşünürəm ki, "Qarabağ" bu gün intizamlı oynamalıdır. Bütün mövqelərdə diqqətli olmalıdırlar. Səfərdəki 2:0 hesablı qələbə "Qarabağ"ı arxayınlaşdırmamalıdır. Çünki hər oyunun bir üslubu olur".
Bu sözləri Qol.az saytına açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
Mütəxəssis "Qarabağ"ın bu gün Avropa Liqasınn pley-off mərhələsində "Olimpiya"ya (Sloveniya) qarşı Bakıda keçirəcəyi cavab oyunu haqqında danışıb. O, Ağdam təmsilçisinin sakit və təmkinli oynamalı olduğunu bildirib: "Mən düşünürəm ki, "Olimpiya" hücumameyilli çıxış edəcək. "Qarabağ" onların səhvindən istifadə etməlidir. Boş zonalar olacaq. O zonalarda "Qarabağ" hərəkət etməlidir. Müdafiədə səliqəli oynamalıdırlar. Mənim qorxduğum məqam standart vəziyyətlədir. Biz o vəziyyətlərdə özümüzü ağır hiss edirik, səhvlər buraxırıq. Bu, əsas amildir. İkinci amil odur ki, "Qarabağ" sakit oynamalı, tələsməməlidir. Məsələnin 50 faizi həll olunub, 50 faizi qalıb".
A.Mircavadov "Qarabağ"ın növbəti mərhələyə adlayacağına inandığını deyib: "Qarabağ" üçün psixoloji durum çox yaxşıdır. Rəqib həyəcanlı olacaq. Çünki hesabda geridədirlər, tez hərəkət edəcəklər, sürətli hücumlar qurmağa çalışacaqlar. "Qarabağ"ın səhvindən də istifadə edə bilərlər. Bu da bir taktiki gedişdir. Səhvlər olmamalıdır. Məncə, "Qarabağ" bu mərhələni keçəcək və Avropa Liqasının qrupuna düşəcək".
Əməkdar məşqçi klubun yeni transferləri Andrey Lunyev və Mateus Silva haqqında fikirlərini bölüşüb: "Hər bir futbolçu bir ölkədən başqa ölkəyə gələndə adaptasiya prosesi keçməlidir. Bu, adi bir şeydir. Başqa yerə gedəndə özünü 3-4 gün narahat hiss edirsən, sonra özünə gəlirsən. Zamana ehtiyac var. Əgər "Qarabağ" bu futbolçuları seçibsə, deməli, yaxşı futbolçulardır. Hazırda "Qarabağ" yerli futbolçuları da oynatmağa çalışır. Bu, düzgün qərardır. Yerli fubolçulara şans vermək lazımdır. Transfer məsələsində sakitəm. Səhv ola bilər, hamı səhv edir. Futbolçu bəzən açıla bilmir, bəzən özünü yaxşı hiss etmir, bəzən də şəhər, kollektiv xoşuna gəlmir. Bunlar adi hallardır. Amma "Qarabağ" Avropada çıxış edir deyə, legionerlər bura can atırlar. "Qarabağ"da yaxşı oynayıb özərini göstərmək istəyirlər. "Qarabağ" tramplindir. İstifadə etsinlər, pullu klublara keçsinlər".
Baş məşqçi Qurban Qurbanov "Ollimpiya" ilə ilk oyunda qapıda Şahruddin Məhəmmədəliyevə yox, Luka Quqeşaşviliyə şans vermişdi. Lakin bugünkü matçda qapını kimin qoruyacağı da maraq doğurur. A.Mircavadov bu haqda deyib: "Əlbəttə ki, Andrey Lunyev əsas heyət üçün alınıb. Fikrimcə, zamanla oyunu avrokubok oyunları üçün hazırlayacaqlar. Lunyev təcrübəli qapıçıdır. Sadəcə problem odur ki, onun praktikası azdır. Bu da ona təsir edə bilər. Müdafiəçilər hansı qapıçı ilə rahat oynayırlarsa, heyətdə o yer alır. Luka Quqeşaşvili ötən il də avrokuboklarda oynamışdı. Qapıçının səhvlər etməsi məlum şeydir. Amma biri var ki, özün heç nədən səhv edəsən, biri də var səni səhv etməyə məcbur edələr. Qapıçı çıxışlarda diqqətli olmalıdır. Müdafiəçilərlə sıx əlaqə yaratmalıdır. O, nə desə, qanundur. Bu vacib amildir. Qurban Qurbanov qapıçılara oynamağa şans verir. Bu da doğru qərardır. Çünki belə halda qapıçılar hazır olurlar".
A.Mircavadov sonda qeyd edib ki, "Qarabağ"ın yaxında optimal formasını bərpa edəcəyini və avrokubokların qrup mərhələsində uğurlu çıxış edəcəyini düşünür: "Qarabağ"ın heyəti çox güclüdür. Amma heyət tam optimal formada deyil. Patrik Andradeni də transfer etdilər. O, hələ hazır deyil. Avropada oynayan futbolçu özünü tez hazırlayır, nəniki Azərbaycan çempionatda. Bu futbolçular arasında bir sirdir. Bir heyətlə 10 il oynaya bilməzsən. Bu, qanundur. Hər il inkişaf etmək üçün nəsə fikirləşməlisən. "Qarabağ" bunu edir. İstəyirlər ki, hər oyun inkişaf etsinlər. Mən sakit olum ki, heyətim yaxşıdır, oynayacağam, udacağam, xeyr, elə şey yoxdur. "Qarabağ"ın öz dəsti-xətti var. "Qarabağ" çox güclü komandadır. Sadəcə bacardıqları qədər az səhv etməlidirlər. Avropada səhvi bağışlamırlar".
Nur Zeynalova
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi