Azərbaycanlı futbolçu Tailandda klubunu dəyişdi

Azərbaycanlı futbolçu Tailandda klubunu dəyişdi
ÖLKƏ FUTBOLU 29 Avqust 2023 / 19:34 5628
-  A +

Uzun müddətdir Tailandda çıxış edən azərbaycanlı futbolçu Məmməd Quliyevin yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını yenə həmin ölkədə davam etdirəcək. O, 3-cü liqada çıxış edən "Uttaradit" klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məmməd Quliyevin Tailandda son klubu "Tounburi Yunayted" olub.

Xatırladaq ki, millimizin hücumçusu Ramil Şeydayev bu yay Tailandın yüksək liqasında çıxış edən "Buriram Yunayted"ə keçib.

 

 


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

topaz banner