"Bu gün ilk qələbimizi qazandıq. Komandamızı təbrik edirəm. Bu oyunda qələbə qazanmaq üçün hərtərəfli hazırlaşmışdıq".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Yuri Matias Misli Premyer Liqasının 4-cü turunda "Qəbələ"ni 2:0 hesabı ilə məğlib etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Braziliyalı müdafiəçi "Neftçi"nin ilk qələbəsini yalnız 4-cü turda qazanmasının səbəbini belə izah edib: "Komandada hər şey yenidir. Transferlər heyətə yalnız indi-indi uyğunlaşır. Oyundan oyuna daha yaxşı performans sərgiləyəcəyik".
O, komandaya uyğunlaşması barədə bunları söyləyib: "Mənə komandaya uyğunlaşmağım üçün çox kömək edirlər. "Neftçi"də liderlik etmək istəyirəm. Daha da çox qol vurmaq niyyətim var. Azarkeşlərin mənə dəstəyini yüksək qiymətləndirirəm. Düşünürəm ki, liderliyi təbii olaraq edirəm, şou üçün yox. İstəyirəm ki, komanda yoldaşlarıma da bu hissi aşılayım".
Matias bu qələbədən sonra "Neftçi"nin uğurlu seriya yaxalamaq perspektivi barədə söyləyib: "Bunu demək çətindir. Qələbədən şadıq, amma bunu əldə etmək asan deyil. Ardını gətirəcəyimizi demək mənimçün çətindir. Milli komandaların fasiləsində daha yaxşı hazırlaşacağıq".
Matias Azərbaycan çempionatı haqda məlumatlı olduğunu vurğulayıb: "Bütün klublar haqqında məlumatım var. Əksər oyunları izləyirəm, futbolçuları tanıyıram. Çempionatda çox güclü komandalar var. Birinci olmaq üçün əlimizdən gələni edəcəyik".
O, "Neftçi"nin hədəfinin çempionluq olduğunu vurğulayıb: "Neftçi"də hər şey yüksək səviyyədədir. Buna əsasən, 1-ci yerdə olmalıyıq. Addım-addım buna nail olacağıq. Məqsədimiz birinci yerdə olmaqdı".
Y.Matias komandasını "Qarabağ"la mübarizəyə hazır sayır: "Qarabağ"ı yaxşı komanda olaraq tanıyıram. Onlarla başa-baş mübarizə aparacağıq. "Qarabağ"la görüşə də 3 xal üçün çıxacağıq".
Braziliyalı futbolçu sonda azarkeşlərə çağırış edib: "Düzdü, Avrokubok matçları ilə çempionat oyunlarına gələn azarkeş sayı arasında böyük fərq var. Amma bu, başqa Avropa ölkələrində də belədir. Yaxşı oynasaq, azarkeşlər stadionu doldurmağa başlayacaq. Mən də onları komandaya dəstəl olmağa çağırıram".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi