"Neftçi"nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 4-cü turuda "Qəbələ"yə qalib gəldikləri matçdan (2:0) sonra mətbuat konfransı təşkil edib.
Qol.az xəbər verir ki, mütəxəssis əvvəlcə komandasının oyunu haqda ümumi fikirlərini bölüşüb: "Çətin oyun oldu, amma üç xalı qazandıq. Azlıqda qalsaq da, rəqibdən daha yaxşı mübarizə apardıq. Çox qol epizodu yaratmağı bacardıq".
Mütəxəssis sol cinah müdafiəçisi transfer etmək niyyətində olmadıqlarını deyib: "Düşünmürəm ki, Kenni Sayefin bu gün oyununda problemlər oldu. Özünü yaxşı tərəfdən göstərdi. Həmin mövqedə Azər Əliyev də var. O mövqeyə oyunçu düşünmürük".
A.Mutu daha əvvəl sağ cinah vingeri və hücumçu transfer etmək istədiklərini bildirmişdi. O, bu məsələ ilə əlaqədar danışıqların getdiyini deyib: "Danışıqlar yekunlaşmaq üzrədir. Bir neçə günə transferlər yekunlaşacaq".
Baş məşqçi Premyer Liqa matçlarına daha yaxşı köklənmək istədiklərini bildirib: "Düşünürəm ki, qarşıya qoyulan məqsədlərə çata bilərik. Artıq avrokuboklardan kənarıq. Daha çox vaxtımız var ki, daxili oyunlara köklənək".
A.Mutu "Ötən mövsüm Laurentsiu Regekampf da rumıniyalı futbolçu transfer etmirdi. Siz də, həmyerlilərinizə ehtiyac duymursunuz. Bu nə ilə əlaqədardır" sualına belə cavab verib: "Gətirə bilməmişiksə, demək ki, xoşuma gələn olmayıb. Xoşuma gələnlərin də ya qiyməti yüksək olub, ya da müqavilələri var".
O, futbolçusu Rza Cəfərovun oyunu haqqında bunları deyib: "Gənc oyunçular haqda şərh vermək istəmirəm. Bundan qabaqkı matçda yaxşı oynadı. Bu gün etdiyi səhv onun üçün dərs olar, bundan nəticə çıxarar. Rza Azərbaycan üçün gələcəkdə yaxşı, perspektivli qapıçı ola bilər".
Mütəxəssis digər futbolçusu Rəhman Hacıyev barədə də fikirlərini bölüşüb: "Çox yaxşı oyun nümayiş etdirir. Məşqlərdə də özünü yaxşı göstərir. Layiq olduğu üçün start heyətində oynadı. Öz performansı ilə buna layiq olduğunu göstərir. Ümid edirəm ki, bundan sonra daha da yaxşı oyun göstərəcək".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi