"Kəpəz" "Sabah"ın futbolçusunu icarəyə götürdü

"Kəpəz" "Sabah"ın futbolçusunu icarəyə götürdü
ÖLKƏ FUTBOLU 25 Avqust 2023 / 22:48 3122
-  A +

“Kəpəz” heyətinə daha bir futbolçu qatıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gəncə təmsilçisi müqavilə ilə "Sabah"a məxsus olan Şakir Seyidovu icarəyə götürüb. 22 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Ampluaca yarımmüdafiəçi olan oyunçu müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmalarının, o cümlədən 21 yaşadək futbolçulardan ibarət millinin heyətində oynayıb.

Xatırladaq ki, Seyidov ötən mövsümü iarə əsasında “Turan Tovuz”da keçirib.

Qeyd edək ki, "Kəpəz" bu yay Vurğun Hüseynov, Zamiq Əliyev, Rüfət Əhmədov (icarə, "Qəbələ"), Əli Səmədov,  Ehtiram Şahverdiyev, Elmir Tağıyev (icarə, "Səbail"), Vladislav Vasilyuçek, Olavale Onanuqa, Latir Fal və Vüsal Məsimovu da transfer edib.


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

topaz banner