"Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı - UEFA reytinqi

"Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı - UEFA reytinqi
ÖLKƏ FUTBOLU 25 Avqust 2023 / 09:26 13253
-  A +

Avrokuboklarda bu həftə keçirilən oyunlardan sonra növbəti UEFA reytinqi açıqlanıb.

Qol.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının pley-offunda “Olimpiya” ilə  ilk oyunda 2:0 hesablı qələbəsi Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.

Səfərdə qeydə alınan qələbə Azərbaycanın aktivinə 0,250 xal əlavə edib.

Bununla ölkənin cari mövsümdəki xalları 2,500 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb. 28-ci pillədə olan Slovakiya ilə xal fərqi 0,375 əmsala bərabərdir.

Qeyd edək ki, reytinqə 89,053 xalla İngiltərə başçılıq edir. 


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

topaz banner