"Zirə"dən ayrılıb bu ölkənin klubuna keçdi

"Zirə"dən ayrılıb bu ölkənin klubuna keçdi
ÖLKƏ FUTBOLU 23 Avqust 2023 / 11:05 3198
-  A +

“Zirə”nin futbolçusu Toni Qomes karyerasını İsraildə “Hapoel” (Hadera) klubunda davam etdirəcək.

Qol.az xəbər verir ki, bu haqda paytaxt təmsilçisinin yaydığı açıqlamada bildirilib.

Həmçinin oxuyun: “Zirə”nin rəhbəri komandanı yenidən ziyarət etdi - Şəkillər

İki klub arasında imzalanmış transfer müqaviləsinə əsasən Qvineya-Bisaudan olan hücumçu “Hapoel”ə transfer olunub.

“Zirə” Toni Qomesə kluba göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, T.Qomes 2022-ci ilin avqustundan "Zirə"də oynayırdı. Onun müqaviləsi 2024-cü ilin iyununda başa çatacaqdı. 

O, ötən mövsüm Misli Premyer Liqasında 24 oyunda meydana çıxıb, 3 qol vurub, 2 qolun isə ötürməsini edib.


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

topaz banner