"Bu gün çox yaxşı oyun göstərdik. Bərpa olunmaq üçün vaxtımız az idi. 120 dəqiqə oynayıb "Partizan"a məğlub olmaq futbolçular üçün psixoloji cəhətdən çətin oldu".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 3-cü turunda "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəsssi 1:1 hesablı bərabərliyi belə şərh edib: "Yorğunluğa baxmayaraq, futbolçular özlərində güc tapdılar. Məzmunlu oyun göstərdik. Komanda üç xal qazanmaq üçün əlindən gələni etdi. Bu gün futbolçuların heç birini qınaya bilmirəm. Əlimizə düşən qol fürsətlərini dəyərləndirə bilmədik. Bir səhv bizə baha başa gəldi".
O, qırmızı vərəqə aldığı epizod haqda da danışıb: "Rəqibin oyunu tez başlamasına mane oldum. Buna görə də hakim qırmızı vərəqə göstərdi. Amini sakitləşdirmək istəyirdim, itələmək istəmirdim. Çünki, sarı vərəqə almışdı".
M.Musayev "Özünüz bu qədər gərginsiniz. Komandanı gərginlikdən necə çıxaracaqsız" sualına isə belə cavab verib: "Hansı gərginlikdən danışırsınız? 85-ci dəqiqədə qırmızı vərəqə aldım. Qalib gəlmək istəyirdim. Rəqibin baş məşqçisi ilə dalaşmadım. Ola bilər ki, qanımda nəsə maddə var, tam bilmirəm. Deyirsiz ki, Murad Musayev həmişə qırmızı vərəqə görür. Azərbaycanda hakimliyin səviyyəsinin bir qədər yaxşı olmasını istəyərdim. Bu gün hakimlik birtərəfli idi. Rəqibə sərt oynamağa imkan verdilər, bizə isə yox".
M.Musayev "Partizan"la matçda komandaya yeni qoşulan Sofian Çaklaya kapitanlıq bazübəndini verməsinə də aydınlıq gətirib: "Bu gün "Sabah" - "Neftçi" matçı idi, "Partizan"la oynamırdıq. Komandanın əsas kapitanı Elvin Camalovdur. O, hazırda zədəlidir. İkinci kapitan Abdullaye Ba idi. Onun gedişindən sonra seçimlər etməmişik. Kimdə liderlik keyfiyyəti varsa, kapitanlığı ona veririk. Bəzən elə futbolçular var ki, öz liderlik keyfiyyətləri ilə fərqlənir. Onlardan biri də Sofian Çakladır. Buna görə də kapitanlıq bazübəndini ona verdik".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi