Rusiyalı qapıçı Andrey Lunyevin agenti Anton Smirnov futbolçunun "Qarabağ"a keçidini şərh edib.
Qol.az xəbər verir ki, 31 yaşlı oyunçu ilə dünən 1+1 illik müqavilə imzalanıb. A.Smirnov transferlə əlaqədar Rusiyanın “Sport den za dnem” nəşrinin suallarını cavablandırıb.
- “Qarabağ”la müqavilə imzaladıqdan sonra Andrey hansı hissləri keçirir?
- Yeni imza ilə hər zaman müsbət emosiyalar olur. Bu zaman sən yeni uğurlar gözləyirsən. Duyğular, ilk növbədə, oynamaq istəyinə bağlanıb. Bu, əsas məsələdir.
- Azərbaycan çempionatını necə qiymətləndirirsiniz?
- Maraq göstərən komandalar arasından seçim edərkən bir çox amil nəzərə alınıb. Son iki ildə olan vəziyyəti güzəştə getməyə dəyməz (Almaniya “Bayer”indəki karyera nəzərdə tutulur - red.). Andreyin tam oyun təcrübəsi yox idi və zədələri var idi. Məsələyə buradan baxmaq lazımdır. Andrey Lunyevin prioriteti öz səviyyəsinə qayıtmaqdır. Bu, ən vacib məqamdır. Bunun üçün daim oynamaq lazımdır. Biz də buna ümid edirik.
Qərarın qəbul edilməsi zamanı avrokubokun qrupunda (Avropa Liqası və ya Konfrans Liqası) oynamaq da nəzərə alınıb. Azərbaycan çempionatının səviyyəsinə gəlincə, onu nə ilə müqayisə etmək olar? Rusiya çempionatından danışsaq, yəqin ki, daha aşağıdır. Amma prinsipcə ümumi səviyyədən danışırıqsa, o, kifayət qədər yüksəkdir. Son iki ildə çempionatın səviyyəsi çox inkişaf edib. Bunu avrokuboklarda yaxşı oyundan da görmək olar.

- Andreyin başqa hansı təklifləri var idi və hansı çempionatlardan?
- Rusiya və Avropa klublarından təkliflər vardı. Avropa komandaları haqqında, məncə, danışmağın mənası yoxdur. Avropa komandalarından ən son təkliflər biz bu gün Bakıda olanda da gəlirdi. Komandanın adını çəkməyəcəyəm, bu, Belçika çempionatından idi. Amma artıq burada olduğumuz üçün bu təklifi nəzərdən keçirə bilməzdik. Onlar bir az gecikdilər. Biz bunu müzakirə etməyə hazır deyildik. Çünki yarım saatdan sonra artıq müqavilə imzalayırdıq. Mənəvi razılaşmalar da əldə olunmuşdu. Bir qayda olaraq, belə vəziyyətdə getmək həmişə futbolçunun karyerasına mənfi təsir göstərər və nəticəsi pis ola bilərdi.
Çempionat baxımından Belçikanın səviyyəsi aydın görünür. Daha əvvəl bu klubla danışıqlar aparılsa da, onların rəhbərliyi yalnız bu gün bizimlə əlaqə saxlayıb. Onda isə artıq gec idi. Digər variantlar isə daim olurdu. Rusiyadan “Baltika", "Rubin" və "Rostov"dan təkliflər vardı.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi