"Gərgin oyun keçdi. Əsl Premyer Liqaya layiq matç idi. Birinci hissədə "Zirə", ikinci hissədə biz üstün olduq".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 3-cü turunun "Zirə" ilə görüşündən sonra mətbuat konfransında deyib.
O, 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "Oyunun ən yaxşı nəticəsi heç-heçə idi. Hər iki komanda buna layiq idi. "Zirə"ni qələbə münasibəti ilə təbrik edirəm. İlk yarıda oyunumuz alınmadı. Fasilədən sonra alınmağa başlayırdı. Yenə asan qollar buraxdıq. Üç oyunda eyni səhvlər, eyni asan qollar... Komanda düz yoldadır, oyundan-oyuna artım var, öz oyunumuzu tapacağıq. Birdən-birə 8-9 yeni futbolçu gəlib, zamana ehtiyacımız var. Amma o qədər çox yox, kiçik zamana. Məncə, 4-5 turdan sonra komanda sistemə oturacaq, öz oyununu oynamağa çalışacaq. Futbolçularıma təşəkkür edirəm, mübarizə apardılar, ən yaxşısını etməyə çalışdılar, əsasən də ikinci hissədə ağıllı oynadılar. Gələcək matçlarda bu səhvləri yığışdırıb, minimuma endirərək, qələbə qazanmağa çalışacağıq".
Baş məşqçi yolun başlanğıcında olduqlarını bildirib: "Bunu addım-addım etməliyik. Birdən-birə 14-16 legioner gətirmək planda yoxdur. Legionerlərimiz pis deyillər, daha yaxşı olacaqlar. Futbolçu qıtlığı var, amma ehtiyatda oturan hər oyunçuya inamım var. Sadəcə bu gün oyun elə gedirdi ki, rotasiya etməyin yeri yox idi. Hücumdakı oyunçular müdafiəyə bağlı çox iş gördülər. Ona görə hücumda daha fəal olmağa gücləri qalmadı. Gələn oyunda irəlidə daha fəal olacaqlar".
Ş.Diniyev növbət turda səfərdə "Turan Tovuz"la qarşılaşacaqları görüş haqda da danışıb: "Gözləntilərim pozitivdir. Rəqib yaxşı komandadır, altı xal toplayıb. Onlar da tam formada deyil, bu sarıdan bizə bənzəyirlər. Amma xal ehtiyatları var deyə, daha rahatdılar, evdəki ilk matçlarıdır. Azarkeşlər tərəfindən təzyiq olacaq. Buna dözmək lazımdır. Tovuzdan uğurlu nəticə ilə qayıtmaq üçün şansımız var".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi