“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mohammed klubun mətbuat xidmətinə müsahibə verib.
Qol.az xəbər verir ki, o, geridə qalan 2 oyun və Misli Premyer Liqası barədə fikirlərini bölüşüb.
- “Qələbə” ilə oyun barədə nə düşünürsən?
- Düzdür, qələbə qazandıq, amma rəqibimiz yaxşı komandadır. Ötən mövsüm Azərbaycan kubokunu qazanıblar, eyni zamanda mövsümü 4-cü pillədə başa vurublar. Yəni bu komanda Konfrans Liqasında iştirak etmiş kollektivdir. “Araz-Naxçıvan” isə qısa vaxtda yığışıb, hələ formalaşma dövrünü keçir.
- Hər iki oyuna görə “Araz-Naxçıvan” haqda xoş sözlər deyilir. Komanda hansı oyunu daha yaxşı keçirdi?
- Razıyam, ola bilər “Turan Tovuz”la matçda bu cür çıxış edəcəyimizi gözləmirdilər. Həmin matçda da yaxşı oynadıq. Amma müqayisə etsək, məncə, “Qəbələ”yə qarşı daha üstün oyun göstərdik. Nəticə də fikrimi təsdiqələyir. Tədricən daha yaxşı oynayacağıq.
- Növbəti oyunda son çempion “Qarabağ”a qarşı çıxış edəcəksiz. Bu matçla bağlı nə düşünürsən?
- “Qarabağ” haqda məlumatımız var. Bu komandanın gücünə də, qazandığı nəticələrə də bələdik. Əlbəttə, onlara qarşı oynamaq çətin olacaq. Amma biz çalışacağıq ki, rəqibə şans verməyək.
- Kadiri hazırda oyunlara neçə faiz hazırdır?
- Bir müddət idi oynamırdım. Fərdi məşqlərlə kollektiv çalışmalar, eləcə də oyun keçirmək fərqlidir. Hazırda 75 faiz hazıram. Amma qısa vaxtda geriliyi aradan qaldıracam və yüz faiz hazır olacam ki, komandama da istədiyim kimi kömək edə bilim.
- Vaxilə Kiyev “Dinamo”sunda çıxış etmisən. Bu komandanın ölkəmizdə çoxsaylı azarkeşlərinin olduğunu bilirdin?
- Nə gizlədim, bu haqda informasiyam yox idi. “Dinamo” böyük klubdur. Ukraynada da bu komandanın pərəstişkarları çoxdur. Azərbaycanda da “Dinamo”nu sevmələrin çox olması pis hal deyil. Vaxtilə bu komandada yaxşı günlərim olub.
- Misli Premyer Liqası haqda nə düşünürsən?
- Bizi gərgin və maraqlı mübarizə gözləyir. Səviyyə baxımından komandalar yaxşı vəziyyətdədir. Hər kəs medallar və avrokuboklara vəsiqə uğrunda yarışır. Azarkeşlər üçün baxımlı, komandalar üçün isə gərin mövsüm keçəcək.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi