"Beşiktaş"ın baş məşqçisi Şenol Güneş Türkiyə Superliqasının 1-ci turunda "Fatih Karagümrük"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, o, Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə cavab matçı haqda da danışıb: "Neftçi" və "Pendikspor"a qarşı doğma meydanda iki matçımız olacaq. İlk oyunumuz "Neftçi"yə qarşı olacaq. Hər iki matçda coşqulu və gözəl oyun gözləyirəm. Qol epizodları yaratacağımız, rəqibə oynamağa imkan verməyəcək oyun üslubunda çıxış etməliyik. Ümid edirəm ki, belə olacaq".
Qeyd edək ki, "Beşiktaş" - "Neftçi" görüşü avqustun 17-i keçiriləcək. Bu komandalar arasında ilk görüş İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev
"Barselona" Reşfordla razılaşıb
"Fənərbaxça"nın qapıçısı VAR ekranına zərbə endirdi - Video