"Fiziki baxımdan bizim üçün çətin oyun oldu. Çünki komandada yorğunluq var idi. Rəqibin qapısı qarşısındakı epizodları qola çevirə bilmirdik".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 2-ci turunda bu gün "Səbail"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: "Oyunun ritmi bizim üçün çox yüksəkdir. Yaxşı məşq etməyə vaxt olmur. Sabah İstanbula yola düşürük. İstanbuldan qayıtdıqdan sonra bir gün fasilə ilə növbəti matça çıxacağıq. Vaxtımız olmur ki, futbolçuları oyunlara lazımı səviyyədə hazır edək. Fiziki baxımdan bizim üçün çətin dönəmdir".
Mutu "Beşiktaş"la oyuna görə çempionat matçını təxirə salmaq istəməmələrinə isə belə aydınlıq gətirib: "Bu oyunu təxirə salmaq gec idi. "Beşiktaş"la matçdan öncəki oyunu təxirə salmaq olardı. Müraciət etdik ki, həmin görüşü təxirə salaq, bizə yox cavabı verildi. Digər komandalara nəzər yetirsək, 5 oyun ardıcıl evdə oynayanlar var. Amma biz hər dəfə səfərə gedib-gəlməliyik. Çətin periodu adlayacağıq. Milli komandaların oyunlarına görə verilən fasilədən yararlanıb komandanın durumunu daha da yaxşılaşdıracağıq. Çoxlu enerji itirmişik. "Jelezniçar"la ev oyunundan sonra belə oldu. Növbəti mərhələ üçün bütün gücümüzü qoyduq. Ardınca sonra səfərə getdik, Gəncədə uduzub qayıtdıq. "Beşiktaş"la matçda da sona qədər mübarizə apardıq ki, bərabərliyə nail olaq. Hətta bugünkü oyunda rəqibin qapısına gəlib çatdıqda, yorğunluq görünürdü və hücumu kifayət qədər effektiv bitirə bilmirdik. Bir neçə həftədən sonra komanda daha yaxşı olacaq. Çəni yanacaqla dolduracağıq ki, qarşıdakı oyunlarda səmərəli istifadə edək".
"Mutu qarşıdan gələn "Sabah"la oyundan da danışıb: "Onların da Belqrad səfəri var. Mənim üçün vacib olan amil odur ki, əlkimdəki oyunçulara kifayət qədər zaman verim və onlar formalarını bərpa etsinlər. Başa düşürəm, hansı perioddayıq və fiziki hazırlığımız ürəkaçan deyil. Biz bunu qəbul edirik. Öz üzərimizdə işləyirik ki, milli fasilədən yaxşı istifadə edək. Hər matçda olduğu kimi "Sabah"la oyundan da qələbə gözləmək lazımdır. Onlar yaxşı komandadır. "Beşiktaş"la oyunda ikinci hissəni çox yaxşı keçirdik. Hətta bu gün də sürəti təyin edən komanda biz idik. Baxmayaraq ki, sürət görmək istədiyim durumda deyildi. Bir neçə epizodumuz oldu, amma bəxtsizlikdən qol vura bilmədik. Hazırda komanda 50 faizini nümayiş etdirir".
"Neftçi"nin çalışdırıcısı oyunun 20 dəqiqəsində Qara Qarayevlə söhbəti haqda deyib: "Meydanda onun mövqeyinə düzəliş edirdim. Siz də başa düşməlisiz ki, Qara son zamanlar çox dəqiqə ala bilmir. O da oynamalıdır ki, istədiyi ritmi ala bilsin. Ondan gözləntim daha da çoxdur, çünki güclü oyunçudur. Eyni şeyi Emindən də gözləyirəm. Eddi, Kilan da zədəlidir. Görünür ki, komanda yaxşı toplanış keçməyib. Biz də reallığa düz baxmalıyıq. Bilirik ki, hələ üzərimizdə işləməliyik. Sizə söz verirəm ki, qarşıdakı periodda daha yaxşı məşq edəcəyik, daha yaxşı oynayacağıq. Meydança amili də komandaya ağırlıq verirdi, istədiyimiz oyunu göstərə bilmirdik. Bu cür oyunlarda qələbə qazanmaq üçün yüksək ritm tətbiq etməlisən. Çünki rəqib 25 metrdə bütün komanda ilə müdafiədə oynayırdı. Aşağı ritmlə bu müdafiəni yarmaq çox çətin idi. Hər iki komandanın strategiyası müdafiədə dayanıb, əks-hücumlardan istifadə etmək idi. Meydanın rəqibə aid olan hissəsində çox güc sərf edəndə, özünə aid meydançanda boşluqlar buraxırsan. Üzücü məqam odur ki, bunu bilirdik və hazırlaşmışdıq. Əks-hücumların birində qapımızda qol gördük".
Adrian Mutu son dəqiqələrdə çox əsəbiləşməyinə də aydınlıq gətirib: "Çox hirsli idim, çünki məğlub olmağı xoşlamıram. Hətta evdə oğlumla futbol oynayanda da udmaq istəyirəm. Futbolu çox sevirəm, bu idmana çox həssas yanaşıram. Görəndə ki, komandam epizodu qola çevirə bilmir, bu, məni özündən çıxarır. Bu kluba, oyunçulara inamım çox böyükdür. Bilirəm ki, onlar indikidən daha çoxunu edə bilərlər".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi