"Gərgin oyun oldu. Alışmışıq ki, çempionatda matçlarımız gərgin olur, maraqlı gedir. Bu gün də bunlardan biri oldu".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 2-ci turunda "Kəpəz"ə qalib gəldikləri (1:0) görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
O, oyunun çətin keçdiyini qeyd edib: "Kəpəz" yaxşı müdafiə olunub, əks-hücumları gözləyirdi. Biz də müdafiəni yarmağa çalışırdıq. Hər şey düşündüyümüz, istədiyimiz kimi gedirdi. Bu cür komandaların müdafiəsini yarmaq çox çətindir. Səbirli oynadıq, qol şansı əldə etdik və fərqləndik. Rəqib üzərimizə gəldi. Belə anlarda boşluqlardan istifadə etmək lazımdır. "Kəpəz" son dəqiqələrdə irəli atılmışdı. İlk ev oyunumuz idi, vacib qələbə qazandıq. Ötən mövsüm də çətin alınmışdı. "Kəpəz"ə qarşı bütün rəqiblər çətinlik yaşayır. Bu rəqib üzərində qələbə asan deyil".
Mütəxəssis futbolçuları Rüstəm Əhmədzadə və Filipe Paxtman haqda fikirlər səsləndirib: "Təəssüflər olsun ki, Rüstəm toplanışda zədələndi. Son yoldaşlıq görüşündə 60 dəqiqə oynamışdı. Ötən oyunda da əzmkarlıq göstərdi, güc sərf etdi. Həftə ortası da yorğun görünürdü. Seçimimiz yoxdur deyə, Rüstəm meydanda mütləq olmalıydı. Özünün də, bizim də istədiyimiz kimi oynamayacağını ehtimal edirdik. Amma sona qədər mübarizə apardı. Zədəyə qədər ən yaxşı durumdaydı. Paxtmana gəldikdə, son illərdə onun çətin futbol taleyi olub. Zədələnirdi. Dəstək olmağa çalışırıq. Çünki böyük potensialı var. Ən vacibi odur ki, zədələnməsin. Zədələnməsə, oynaya-oynaya 2-3 aya tam formaya çatacaq. Əsas olan zədələnməməsidir".
R.Sadıqov "İki oyundur ki, qolları müdafiəçilər vurur, hücumçularınız passivdir" fikrinə belə münasibət bildirib: "Qarabağ"ın da, "Kəpəz"in də müdafiəsi də bizə qarşı yaxşı oynadı. Müdafiəçilər hücuma qoşularaq effektiv olur. Həftəboyu bunun üzərində işləyirik. Çox yaxşı qol vurduq. Kimin qolu vurmasını fərqi yoxdur".
O, liderliyə yüksəlməklərinə görə eyforiyaya qapılmayacaqlarını deyib: "İki turdan sonra eyforiyaya qapılacağıqsa, şərh vermək istəmirəm. İki oyunda da uduzsaydıq, bu gün turnir cədvəlini qiymətləndirmək zamanı deyil. 15-20 tur keçməlidir ki, baxaq. Hazırda turnir cədvəli haqda danışmağın mənası yoxdur. "Qarabağ" və "Kəpəz"lə matçda vacib xallar qazanmışıq".
Mütəxəssis "Sabah" və "Neftçi"nin avrokuboklarda oynamağının "Zirə" üçün üstünlük olmadığını bildirib: "Deməzdim ki, bu, bizim üçün üstünlükdür. Onlar 3-4 gündən bir oynayırlar. Onlara çətinlik olacaq. Könül istəyərdi ki, bütün klublarımız qruplara düşsün. "Neftçi"yə çətin rəqib düşüb, 2 top fərqi ilə geridədirlər. İnanırıq ki, səfərdə də sona qədər mübarizə aparıb, mərhələ keçəcəklər. Ümid edirik ki, hamısı bizi sevindirər".
R.Sadıqov sonda futbolçusu Salifu Sumanın oyunu barədə danışıb: "Bu gün məni təəccübləndirdi. 90 dəqiqə oynamasını planlaşdırmamışdıq. Gəncdir, istəklidir. Şans verdik və özünü yaxşı göstərdi. Meydanda gümrah görünürdü deyə, sona qədər oynadı".
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
PSJ - "Bavariya" oyunu bu kanallarda
"Sumqayıt"dan 21-ci əsrin antirekordu
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Sumqayıt"ın yubiley qələbəsi
Çalhanoğlu üçün mövsüm başa çatdı
DÇ-2026 üçün sarı vərəqə qaydaları dəyişdirilir
PSJ “Bavariya”ya qarşı - ÇL-də yarımfinal
“Fənərbaxça” baş məşqçini göndərdi
“Atalanta” səfərdə məğlub oldu - Video
“Mançester Yunayted”dən çətin qələbə
“Trabzonspor” uduzdu, “Beşiktaş”dan heç-heçə
Masazırda 2 qol, 2 qırmızı vərəqə - Video
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev
"Barselona" Reşfordla razılaşıb