"Çox gərgin oyun oldu. Futbolçulara oyuna görə təşəkkür etdim. Buna layiq idilər. Bilirdim ki, bizim komanda üçün çətin matç olacaq. İki fərqli hissə izlədik".
Qol.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 2-ci turunda "Zirə" ilə oyundan (0:1) sonra təşkil olunan mətbuat konfransında deyib.
O, görüşün ikinci hissəsində daha yaxşı çıxış etdiklərini bildirib: "İlk yarıda "Neftçi" ilə görüşdə olduğu kimi müdafiədən irəliyə atılaraq "Zirə"ni əks-hücumda tutmağa çalışırdıq. İlk dəqiqələrdə bunu bacardıq. Sonra bunu alındıra bilmədik. İkinci hissəyə gəlincə, qoldan sonra daha yaxşı mübarizə apardıq. Hətta bir az rəqibi də üstələdik. Bir diqqətsizlikdən qapımızda qol gördük. Yekunda da məğlub olduq. "Zirə"ni qələbəyə görə təbrik edirəm".
Mütəxəssis maliyyə azlığının "Kəpəz"ə yeni futbolçu transferi baxımından problem yaratdığını deyib: "Transfer ağrılı yerimizdir. Komandada futbolçu kasadlığı görünür. Müasir futbolda maliyyə çox önəmlidir. Biz sırf dövlət tərəfindən ayrılan maliyyə ilə yaşayırıq. Gəncə kimi böyük şəhərin komandasının sponsoru yoxdur. Büdcəmiz imkan verdiyi qədər transfer edirik. Hər transferdə də diqqətli olmağa çalışırıq. Çünki yanlışlıq büdcəmizdə böyük itki deməkdir. Çalışırdıq ki, liqa başlayana qədər transfer edəkamma alınmadı. Bilirdik ki, kasadlıq olacaq. Bu gün də axtarışdayıq, bir neçə oyunçu ilə razılaşırıq. Bəzən Gəncəyə gəlmək istəmirlər, Bakını istəyirlər. Bəzən həyat yoldaşları, ailələri imkan vermir. Ən çox da artıq pul istəyirlər".
A.Məmmədov oyunçusu Junior Martins haqda da danışıb: "Onu iki matçdır ki, hücumçunun arxasında oynadırıq. Ötən mövsüm sol cinahda çıxış edirdi. Oyunqurucu çox incə yerdir. Ehtiramı da yoldaşlıq görüşündə orada yoxladıq. Ehtiram fərqlidir. "Neftçi" ilə görüşdə cinah müdafiəçisi kimi yerini tapdı. 8 və 10 nömrə tapmadığımıza görə, Junioru orada oynatdıq. Razıyam ki, tam istədiyimiz kimi deyil. Bu mövqe onun üçün yenidir, amma ən yaxşısını etməyə çalışır. "10 nömrə" tapsaq, əvvəlki mövqeyinə qayıdacaq".
Baş məşqçi klub rəhbərliyinin sponsor tapmaq üçün əlindən gələni etdiyini söyləyib: "Rəhbərliymiz, İlqar Nadiri ilə çox vaxt bir yerdəyik. O, "Kəpəz" üçün bacardığından artığını edir. Çox çalışır. Harada olsam da, "Kəpəz"i sevmişəm. Danışıqlar olur, hər yerə əl atırıq ki, sponsor olsun. Mətbuatda da bir neçə şirkətin adı çıxdı. Mənimlə bərabər rəhbərlik də sevinirdi ki, bəlkə həqiqətdir. Amma gördük ki, həqiqət deyil. Güman edirik ki, "Kəpəz" və Gəncə üçün sponsor çıxacaq. Axtarışdadırlar, çalışırlar kimisə cəlb etsinlər".
O, sonda ən az 3 transfer etmək istədiklərini bildirib: "Öz istəyim 6-7 transferdir. Amma maliyyə imkan vermir ki, bu qədər edək. Heç olmasa 3 transfer mütləq lazımdır. Büdcəmizə uyğun transfer pəncərəsi bağlanana qədər 3-4 transfer edəcəyik. Elmir Tağıyev ötən mövsüm 4 oyunluq cəza alıb, onun geri dönüşünü gözləyirik. Vurğun Hüseynov da qayıdacaq. 3 transfer də gəlsə, rotasiyalar edəcəyik".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi