Daha bir ulduz futbolçu millimizlə oyunu buraxacaq

Daha bir ulduz futbolçu millimizlə oyunu buraxacaq
ÖLKƏ FUTBOLU 12 Avqust 2023 / 11:19 2304
-  A +

Belçika millisinin kapitanı Kevin De Brüyne Avro-2024-üç seçmə mərhələsində Azərbaycan millisinə qarşı oyunu buraxacaq.

Qol.az xəbər verir ki, bununla bağlı xəbəri Belçikanın "hln.be" saytı yayıb.

"Mançester Siti"də çıxış edən 32 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 1-ci turunda "Bernli"ni ilə ötən gecə keçirilən görüşdə (3:0) dizindən zədə alıb.

Oyundan sonra "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola De Brüynenin bir neçə həftə meydana çıxa bilməyəcəyini deyib. O, təcrübəli oyunçunun köhnə zədəsini yenilədiyini bildirib.

Xatırladaq ki, daha əvvəl Belçika yığmasının "Real"da çıxış edən qapıçısı Tibo Kurtuanın da zədə səbəbindən yığmamızla sentyabrın 9-da Bakıda keçiriləcək oyunu buraxacağı açıqlanıb.


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

topaz banner