“Partizan”ın qapıçısı Aleksandr Yovanoviç Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bakıda "Sabah"a uduzduqları ilk matç (0:2) haqqında danışıb.
Qol.az Serbiya mətbuatına istinadən xəbər verir ki, o, məğlubiyyətə baxmayaraq, mərhələ adlayacaqlarına inandığını deyib:
“Əgər Belqraddakı cavab oyununun ilk 20 dəqiqəsində qol vursaq, yenidən mübarizəyə qayıdacağıq. Buraxdığımız ikinci qol üçün təəssüf hissi keçirirəm. Belə bir oyunda 1:0 və ya 2:0 uduzmaq eyni deyil... Mən ürəkdən inanıram ki, biz mərhələ adlayacağıq.
Bu gün (dünən - red.) bu temperaturda oynamaq asan deyildi. Bu, əslində bəhanə deyil. Amma insanlar belə hava şəraitində oynamağın necə çətin olduğunu bilmirlər. Əvvəllər belə havada Kiprdə oynamışam və bu mənim üçün çətin idi”.
31 yaşlı qapıçı 69-cu dəqiqədə Aleksey İsayevin penalti zərbəsini dəf edib. Yovanoviç bu haqda danışarkən bildirib: "Komandaya kömək etməyə çalışıram. İndi kifayət qədər təcrübəliyəm. Bəzi fərdi uğurlar məni qane etmir. Mən komanda uğurlarına üstünlük verirəm. Buna görə də "Paritzan"a gəldim".
Qeyd edək ki, avqustun 17-də Belqraddakı “Partizan” stadionunda keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı