“Neftçi” ilə oyuna çox həvəslə, ciddi hazırlaşmışdıq. Yəqin ki, komandaların durumunu nəzərə alanda “Neftçi” bu oyunun favoriti hesab edilirdi. Ancaq mən “Kəpəz”in baş məşqçisi olaraq belə düşünmürdüm. Yəni biz rəqibin kimliyindən asılı olmayaraq meydana qələbə üçün çıxırıq”.
Bu sözləri Qol.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Azər Məmmədov deyib.
Misli Premyer Liqasının ilk turunda Gəncədə “Neftçi”yə qalib gəldikləri oyundan (1:0) danışan mütəxəssis qələbəyə baxmyaraq, komandasında çatışmazlıqların çox olduğunu bildirib:
“Bizim üstünlüyümüz onda idi ki, “Neftçi” 3 gün əvvəl Konfrans Liqasının oyununa çıxmışdı, onlarda yorğunluq var idi. Biz bu fürsətdən yaxşı istifadə etdik. Hələ ki, heyətimiz tam komplektləşməyib. Yəni “Neftçi” üzərində qələbə bizim gücümüzün göstəricisi deyil. Bir neçə turdan sonra gücümüz nəyə qadirdir, biləcəyik. Bundan yaxşı da ola bilər, pis də. Bununla belə, komandamızın “Neftçi” ilə görüşdə nəticədən başqa, oyunu da var idi. Düzdür, çatışmazlıqlarımız da çoxdur. Bunun üzərində işləməliyik. 
Mən azarkeşlərimizdə təşəkkür etmək istəyirəm. Bizə çox böyük dəstək verdilər. İsti havada bir an belə dayanmadılar. Turun ən çox azarkeşi bizim oyunda oldu. Qələbəmizdə onların payı da böyükdür”.
A.Məmmədov “Neftçi” üzərində qələbəyə görə komandaya yaxşı mükafat ayrıldığını bildirib: “İdarə Heyətinin sədri İlqar Nadiriyə təşəkkür edirəm ki, belə bir çətin vaxtda komandaya yaxşı mükafat ayrıldı. Məbləği mən açıqlamasam yaxşı olar, amma futbolçular üçün ayrılan mükafat gözləniləndən xeyli yaxşıdır. Təbii ki, bu cür addımlar futbolçularda əlavə motvasiya verir. Sözsüz ki, mükafat olmasa da, ilk oyunda, həm də “Neftçi” üzərində qələbə komandada böyük ruh yüksəkliyi yaradıb. Qarşıdakı oyuna böyük istəklə hazırlaşırıq”.

Baş məşqçi qeyd edib ki, bir neçə yeni oyunçu alınmasa, onlar üçün çempionatda uğurlu çıxış etmək çətin olacaq: “Heyətimizə bir neçə yeni transfer etməyi düşünürük. Onların arasında yerlilər də var, əcnəbilər də. Ancaq müəyyən məsələlər var ki, onlar həll olunmadığından bu transferlər haqqında ətraflı danışmaq istəmirəm. Gəncə Azərbaycanın ikinci ən böyük şəhəri olsa da, bəzi oyunçular bura gəlmək istəmir, ancaq Bakıda oynamağı üstün tuturlar. Elələri də var ki, ailəsi Gəncəyə gəlməyə razı deyil. Buna görə də futbolçu gətirməkdə bir qədər çətinliklər yaranır. Ancaq heyətimiz mütləq genişlənməlidir. Bilirsiniz ki, hazırda ən kasad heyət bizdədir. Bir neçə transfer etməsək, bizim üçün çempionatda mübarizə aparmaq çətin olacaq”.
Ramiq Ağaməmmədov
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi