"Sabah"ın baş məşqçisi Murad Musayev futbolçusu Coy Lens Mikelsin komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az xəbər verir ki, o, "Qəbələ" ilə bugünkü görüşdə sonra keçirilən mətbuat konfransında almaniyalı yarımmüdafiəçinin məsələsi haqda deyib:
"Kluba rəsmi təklif gəlib. Onu transfer etmək istəyən klub var. Amma biz onu satmaq, onunla yollarımızı ayırmaq istəmirik. Çünki bizim vacib, lider oyunçularımızdan biridir. Amma müqaviləsində bənd var ki, özü müəyyən məbləğ ödəyərək sərbəst qala bilər. Hələ ki, heç nə dəqiq deyil. Lens özü də yekun qərarını verməyib. Hadisələr necə inkişaf edəcək, bilmirəm".
Qeyd edək ki, 2021-ci ilin yayından "Sabah"da çıxış edən Mikelsin klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.
"Mançester Yunayted"in futbolçusu sıradan çıxdı
Turin klubu yeni baş məşqçisini açıqladı
Futbolçuya həm cərimə, həm 6 aylıq qadağa tətbiq olundu
La Liqa matçlarında ən çox ötürmə edən futbolçular kimlərdi?
Dibala vətəninə qayıdır