“Oyun barədə çox danışmağa ehtiyac yoxdu. Nəticə hər şeyi deyir”.
Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının ilk turunda “Sumqayıt”a 1:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, nəticənin oyuna görə olmadığını bildirib: “İlk hissədə təxminən 38 dəqiqə anlaşma sıfır dərəcəsində idi. Sonradan komanda özünə gəldi. Fasilədən sonra oyuna çox yaxşı başladıq. 10 dəqiqə ərzində bir neçə şansımız olsa da, dəyərləndirə bilmədik. Oyunun qırılma nöqtəi penalti epizodu oldu. Bu, başlanğıcdır. Heç bir faciə baş verməyib. Bu gün üçün pis günümüzdür. Düşünürəm ki, komandanın potensialı var və gələcəkdə uğur qazanacağıq. Hesab bu gün oyuna görə deyildi”.
Mütəxəssis hakimlərin idarəçiliyi barədə də danışıb: “Hakim də səhv edir, biz də səhv edirik. Sadəcə rəqib oyunu çox gecikdirir. Bəzi narazı qaldığım epizodlar vardı. Amma demirəm ki, hakim bizi uduzdurdu. Böyük iradım yoxdu”.
Diniyev komandasının müdafiədə səhvlərə yol verməsinə də toxunub: “Səhvlər var idi. Belə oyunlardan sonra mütləq dəyişikliklər olmalıdır. Bunlar da baş verəcək. Buraxdığımız 3 qolda müdafiəni itirmişdik. Komanda demək olar ki, irəli atılmışdı. Buna görə də arxa xətdə boşluqlar verirdik. Lakin yenə deyirəm, böyük faciə baş verməyib. Bu gün üçün uduzmuşuq. İddiamızı davam etdiririk. Futbolçularımın arxasındayam, məsuliyyəti üzərimə götürürəm. Günahı hansısa futbolçunun üzərinə atmaq istəməzdim. Bu, zəiflik əlaməti olar”.
“Səbail”in baş məşqçisi erkən əvəzetmə etməməsinin səbəbini belə izah edib: “Hücumda komanda yaxşı təsir bağışlayırdı. Xeylin şanslarımız oldu. Rəqib qapıçının da oyununu qeyd etmək olar. Ona görə dəyişikliyə ehtiyac görmürdük. 1:3-dən sonra müdafiəçini müdafiəçi ilə dəyişmək ciddi əhəmiyyət kəsb etməyəcəkdi”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi