2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə ilə Belçikanın “Vesterlo” klubuna məxsus olan Burundi yığmasının üzvü Tresor Mossini 1 illik icarəyə götürülüb.
Qeyd edək ki, Burundi təmsilçisi “Aigle Noir” komandasının yetirməsi olan Tresor Mossi karyerası ərzində Lüksemburqun “Kerjenq” və Belçikanın “Vesterlo” klublarında çıxış edib. 22 yaşlı yarımmüdafiəçi Burundi yığmasına da dəvət alıb.
Xatırladaq ki, "Sumqayıt" bu yay Mehdi Cənnətov, Orxan Sadıqlı, Rövlan Muradov, Kamran Quliyev, Erik Sorqa, Roi Kahat, İsa Suliman və Oktavio Mantekanı (icarə, "ÇSKA 1948") da heyətinə cəlb edib.
"Mançester Yunayted"in futbolçusu sıradan çıxdı
Turin klubu yeni baş məşqçisini açıqladı
Futbolçuya həm cərimə, həm 6 aylıq qadağa tətbiq olundu