"Rəqibimizin necə əzmkar oynadığını bilirik. Qarşıda bizi çətin matç gözləyir və bunu başa düşürük. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi”nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar”a (Bosniya və Herseqovina) qarşı keçiriləcək cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
O, Bakı klubu ilə ilk ev oyunu öncəsi həyəcanlı olduğunu bildirib: "Qələbə ilə başlamaq və növbəti mərhələyə yüksəlmək istəyirik. Ümid edirəm ki, azarkeşlər stadionu dolduracaq və bizi sona qədər dəstəkləyəcəklər. Onlara söz verirəm ki, komanda 200 faiz gücünü göstərəcək".
O, “Jelezniçar”ın baş məşqçisinin Nermin Başiçin Sarayevodakı matçda aqressiv davranmasına da münasibət bildirib: “Məşqçilər arasında oyun strategiyasında da rəqabət var. Mən onu rəqib kimi görmürəm. Məni narahat edən yeganə məsələ komandamın oyunudur. Rəqibin baş məşqçisi aqressivdirsə, bu, mənim problemim deyil".
Mütəxəssis azarkeşlərin stadionda yaradacağı atmosferin komandaya həm mənfi, həm də müsbət təsir göstərə biləcəyini söyləyib: “Oyuna yaxşı başlasaq, azarkeşlərin yaratdığı atmosfer bizə müsbət təsir edə bilər. Əks təqdirdə, matç istədiyimiz kimi keçməsə, bu atmosfer oyunçularımıza mənfi təsir göstərə bilər. Əsas məqsədimiz azarkeşləri meydana cəlb etməkdir. Bunu da oyunumuz və nəticələrimizlə qazanmaq istəyirik”.
Mutu ilk görüşlə müqayisədə heyətdə dəyişikliyin olub-olmayacağı ilə bağlı deyib: "Yalnız onu deyə bilərəm ki, son matçda olduğu kimi ərizəyə eyni sayda -21 oyunçu daxil olacaq. Heyəti söyləməkdən məmnun olaram, amma rəqibin bu barədə əvvəlcədən xəbər tutmasını istəmirəm. Mənim üçün ilk “11-lik” və ehtiyat qüvvə anlayışı yoxdur. Heyəti futbolçuların həftəboyu göstərdikləri performansa görə müəyyənləşdiririk. Hər bir oyunçu öz şansını alacaq".
Baş məşqçi yeni transferlərin hamısından razı olduğunu vurğulayıb: "Onlar mənim istəyimlə komandaya cəlb olunublar".
Mütəxəssis əlavə vaxt üçün planı ilə bağlı söyləyib: "Hər şeyə hazırıq. Məşqçi olaraq komandanı hər şeyə hazır etməlisən. Əlbəttə ki, işi 90 dəqiqədə həll etmək istəyirik".
O, Bakını çox bəyəndiyini deyib: "İnsanlar mehribandırlar. Yeməklər isə dadlıdır”.
Adrian Mutu hücumçu Saldanyanın Serbiya “Partizan”ına keçidi haqda da danışıb: “Saldanya uyğun olmayan vaxtda getdi. Onun düşüncəsi başqa yerdədirsə, saxlamaq lazım deyil. Gedişi bizə daha çox motivasiya olmalıdır ki, yoxluğunu hiss etdirməyək".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi