Mutu onu istədi, "Neftçi" təklif göndərdi

Mutu onu istədi, "Neftçi" təklif göndərdi
XƏBƏR 27 İyul 2023 / 12:15 7302
-  A +

"Neftçi" “Universitetya Krayova 1948”in yarımmüdafiəçisi Samuel Asamoanı transfer etmək istəyir.

Qol.az Rumıniyanın "Prosport" nəşrinə istinadən xəbər verir ki, Bakı klubunun baş məşqçisi Adrian Mutu rəhbərlikdən toqolu yarımmüdafiəçinin transferini xahiş edib. "Neftçi" Mutunun istəyini nəzərə alaraq oyunçu üçün Rumıniya təmsilçisinə 250 min avroluq təklif göndərib.

Bildirilib ki, təklifin qəbul olunma şansı azdır. Çünki "Universitetya Krayova 1948" 500 min avro təzminat istəyir. 

Mutunun istədiyi futbolçu üçün "Neftçi"nin danışıqları davam etdirəcəyi vurğulanıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner