“Qarabağ”da şok itki

“Qarabağ”da şok itki
ÖLKƏ FUTBOLU 26 İyul 2023 / 20:45 7471
-  A +

"Qarabağ"ın futbolçusu Marko Veşoviç zədələnib.

Qol.az-ın əldə etdiyi məlumata görə, 32 yaşlı müdafiəçi ötən gün Polşadakı “Miejski” arenasında keçirilən məşq zamanı budundan zədə alıb. Bugünkü müayinənin ilkin nəticəsinə əsasən, Marko ən az 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu da o deməkdir ki, Veşoviç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa "Rakov"u ilə hər iki görüşü buraxacaq.

Qeyd edək ki, "Qarabağ"la "Rakov" arasında ilk oyun bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.


Son xəbərlər
topaz banner