"Etiraf etməliyəm ki, "Qarabağ" son bir ildə çox dəyişib. Birlikdə oynadığım futbolçulardan çoxu gedib. "Linkoln"la matçın startında onlardan cəmi üçü var idi".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın polşalı sabiq futbolçusu Yakub Jezniçak deyib.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın Polşanın "Rakov" klubu ilə səfər oyunu ərəfəsində ölkəsinin mətbuatına danışan müdafiəçi şansları bərabər hesab etdiyini bildirib: "Qarabağ" fərqli görünsə də, çox təhlükəli komandadır. Onların heyətində fərdi bacarıqları yüksək olan oyunçular var. Məsələn, Abdullah Zubir. O, o vaxt "Legiya" ilə matçda özünü yaxşı göstərdi. Ötən mövsüm də çempionatın ən yaxşı oyunçusu seçildi".
Jezniçak "Qarabağ"ın hazırda bir az zəiflədiyini söyləyib: “Qarabağ”ın hücum gücünü əsasən əcnəbilər müəyyənləşdirir. Demək olar ki, hücum xəttində əsas heyətdə azərbaycanlı yoxdur. Julio Romao və Marko Yankoviç yəqin ki, yarımmüdafiədə oynayacaqlar. 18 ilini "Qarabağ"da keçirən Qara Qarayev bu həftə klubdan ayrılıb. İndi “Qarabağ” bir az zəifdir, amma "Rakov"la eyni gücdədir. Məncə, "Lex"lə oyunlarda daha güclü idi".
Jezniçak qeyd edib ki, "Rakov"a Bakıda oynamaq asan olmayacaq: "Bakıda isti hava şəraitində oynamaq “Rakuv”a çətin olacaq. İlk görüşdən sonra “Rakuv”un şanslarını qiymətləndirmək daha asan olardı. Evdə üstünlük əldə etmək vacibdir. Bu, cavab qarşılaşması öncəsi həlledici ola bilər. Bakıda onlara çox çətin olacaq. “Lex” bir il əvvəl oradakı iqlimlə tanış oldu. Mən “Qarabağ”da oynayanda ora gələn komandalar 45 dəqiqədən sonra meydanı tərk etmək istəyirdilər. Çünki hava çox istidir. “Qarabağ”ın futbolçuları isə buna öyrəşiblər. “Rakuv” buna uyğunlaşmaq üçün buradakı matçdan iki gün sonra Bakıya yollanmalıdır”.
Polşalı futbolçu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqda da danışıb: "Qurbanov tək "Qarabağ"da deyil, bütün Azərbaycan futbolunda böyük hörmətə malikdir. "Qarabağ"ın oyunu saat mexanizmi kimi işləyir. Bunu öz təcrübəmlə təsdiq edə bilərəm. Qurban Qurbanov komandaya böyük inam verir. Meydana çıxan oyunçular komanda olduqlarını anlayırlar. Çempionlar Liqasında güclü komandalara qarşı oyunları xatırlayıram. Çıxır və öz oyunumuzu sərgiləyirdik. Nə istədiyini bilən komanda idik".
Xatırladaq ki, bu gün keçiriləcək "Rakov" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi