Qurban Qurbanovdan Medina ilə bağlı açıqlama

Qurban Qurbanovdan Medina ilə bağlı açıqlama
ÖLKƏ FUTBOLU 25 İyul 2023 / 22:30 6972
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Rizəspor” klubuna keçəcəyi gözlənilən Kevin Medina ilə bağlı danışıb.

O, Qol.az-ın bu haqda sualını cavablandırarkən qeyd edib ki, kolumbiyalı müdafiəçi bu gün üçün “Qarabağ”ın futbolçusudur:

“Medina bu gün bizim oyunçumuzdur, "Rakov"la sabahkı oyuna hazırlaşır. Bizimlə bütün məşqlərdə iştirak edib. Bunu deyə bilərəm ki, hələ ki, bizim oyunçudur”.


Son xəbərlər
topaz banner