“Çox ciddi bir rəqibə qarşı oynayacağıq. İstəkli komandadır. Bu komanda öz oyun intizamı ilə digərlərindən çox fərqlənir”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Rakov”la səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
Polşa klubunun onlara tanış rəqib olduğunu xatırladan mütəxəssis indi bu komandanın daha yaxşı formada olduğunu bildirib: “Biz bu komandaya qarşı yoxlama oyununda oynasaq da, indi onlarda xeyli dəyişiklik var. Daha intizamlı və keyfiyyətli komanda olublar. Rəqibi daha yaxşı tanımaq üçün sabah bizim vaxtımız olacaq. Hər bir halda oyuna çox ciddi yanaşırıq. Yaxşı oyun və nəticə göstərmək istəyirik. Bu komandaya qarşı meydandan mübarizəsiz çıxmalı deyilik. İnanıram ki, yaxşı oyunla ən azından azarkeşlərimizi sevindirə biləcəyik”.
Q.Qurbanov bundan əvvəlki avrokubok oyunlarında Polşa təmsilçilərinə qalib gəlmələrinə baxmayaraq, bu rəqibə qarşı oyun ərəfəsində azarkeşlərin narahatlığı ilə bağlı isə bunları bildirib: "Bizim əvvəl oynadığımız rəqiblərlə bağlı Azərbaycan və Polşa mediasında xeyli açıqlamalar oldu. Amma mən qətiyyən bu barədə düşünmürəm. Əvvəlki oyunlara necə ciddi yanaşmışıqsa, buna da elə yanaşırıq. Əvvəlki nəticələri düşünmürük. Bu gün istənilən rəqibə qarşı eyni formada ciddi hazırlaşırıq. Əvvəlki oyunlar haqda düşünmək bizim ziyanımıza olar. Azərkeşlərimizə də demək istəyirəm ki, narahatlığa ehtiyac yoxdur. Yəqin rəqibin daha ciddi olduğu üçün azarkeşlərimizdə narahatlıq var. Bu da tam doğrudur. Biz sadəcə meydanda sona qədər diqqətli olmalıyıq".
Təcrübəli mütəxəssisin sözlərinə görə, "Rakuv"un Polşa çempionatında "Korona"ya qarşı matçının təxirə salınması rəqibin "Qarabağ"la oyuna ciddi yanaşdığını göstərir: "Əvvəlki matçları nəzərə alsaq, komanda 3-4 gündən bir oyun keçirib. Növbəti çempionat görüşlərinin təxirə salınması rəqibin məsuliyyətindən, bizə ciddi yanaşmasından irəli gəlir. Federasiya da cavab qarşılaşmasının Bakıda olmasını nəzərə alaraq, "Rakuv"un müraciətinə müsbət cavab verib".
Baş məşqçi yeni transfer Juninyonun "Rakuv"la ilk matçda meydana çıxma ehtimalının az olduğunu vurğulayıb: "Komanda ilə yüngül məşqlərə başlasa da, tam hazır deyil. Bu cür görüşlərdə oynaması riskli ola bilər. Amma yenə də həkimlərlə məsləhətləşəcəyik".
Qurbanov yoxlama oyunları ilə Çempionlar Liqasındakı matçların fərqli olduğunu diqqətə çatdırıb: "Hazırlıq qarşılaşmasında hər iki komanda eyni formada ola bilməz. Sadəcə, həmin qarşılaşmada "Rakuv"un gücünü, aqressiyasını və nizam-intizamını gördük. Bu gün meydanda daha güclü kollektiv var. Bacardığımız qədər məlumat topladıq. Bu rəqiblə Çempionlar Liqasında oynamaq bizim üçün də maraqlı olacaq. "Rakuv" bizə hər hansı sürpriz hazırlaya bilər. Buna hazır olmalıyıq".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi