Sabitzer rəsmən "Borussiya"da

Sabitzer rəsmən "Borussiya"da
ÖLKƏ FUTBOLU 24 İyul 2023 / 23:32 1732
-  A +

Marsel Sabitzer "Bavariya"dan Dortmund "Borussiya"sına keçib.

Qol.az xəbər verir ki, bu haqda "Borussiya"nın saytı məlumat yayıb. Yarımmüdafiəçi Dortmund klubu ilə 2027-ci ilə qədər müqavilə imzalayıb. O, çərşənbə axşamı komandaya qoşulacaq.

Münhen klubu bonuslar da daxil olmaqla 19 milyon avro alacaq.

2022/2023 mövsümünün ikinci yarısında Sabitzer “Mançester Yunayted”də icarə əsasında çıxış edib. O, "Qırmızı şeytanlar"ın heyətində bütün yarışlarda 18 oyun keçirib, 3 qol vurub və 1 qolun ötürməsini verib. Futbolçunun "Bavariya" ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. 

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner