“Qarabağ” - “Rakov” oyununun biletləri satışa çıxarılır

“Qarabağ” - “Rakov” oyununun biletləri satışa çıxarılır
ÖLKƏ FUTBOLU 24 İyul 2023 / 22:37 5431
-  A +

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda keçiriləcək “Qarabağ” -  “Rakov” cavab matçının biletləri satışa çıxarılır. 

Qol.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Biletlər iyulun 25-i saat 14:00-dan satışa çıxarılacaq.

Avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.

Satış məntəqələri:

İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş iyulun 26-da Polşada olacaq.


Son xəbərlər
topaz banner