Musanın komandasının KL-dəki potensial rəqibi bilindi

Musanın komandasının KL-dəki potensial rəqibi bilindi
ÖLKƏ FUTBOLU 24 İyul 2023 / 17:10 3950
-  A +

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden"in Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi məlum olub.

Qol.az xəbər verir ki, İsveç təmsilçisi 2-ci raundda İsveçrənin "Lütsern" komandasının mübarizədən kənarlaşdırsa, növbəti rəqibi "Hibernian" (Şotlandiya) - "İnter Eskaldes" (Andorra) cütünün qalibi olacaq.

"Yurqorden" mərhələ adlasa, ilk oyunu səfərdə keçirəcək.

Xatırladaq ki, bu yay "Qarabağ"dan "Yurqorden"ə keçən Musa yeni klubu ilə 3 illik müqavilə bağlayıb.


Son xəbərlər
topaz banner