Argentinalı oyunçu, "İnter Mayami"nin yeni transferi Lionel Messi komandada debüt edib.
Qol.az xəbər verir ki, o, Meksikalı "Kruz Azul" və "İnter Mayami"nin qarşılaşdığı MLS+MX Liqa Kubokunun (Cənub Qrupu) 1-ci mərhələsinin oyununda meydana çıxıb. Görüş Fort Lauderdeyldəki (ABŞ) "İnter Mayami" stadionunda keçirilib. Messi oyunun 54-cü dəqiqəsində yarımmüdafiəçi Benjamin Kremaşkini əvəzləyərək meydana daxil olub. Beləliklə, 36 yaşlı hücumçu yeni klubunda debüt edib. Həmçinin digər yeni transfer, məşhur futbolçu Serxio Buskets də "İnter Mayami"də debüt edib. O, 19 yaşlı David Ruizi əvəzləyərək meydana çıxıb.
Görüşdə hesabı 44-cü dəqiqədə “İnter Mayami”nin yarımmüdafiəçisi Robert Teylor açıb. 65-ci dəqiqədə qonaq komandadan Uriel Antuna fərqlənib. Qələbə qolunu 90+4-cü dəqiqədə cərimə zərbəsindən Lionel Messi vurub. Beləliklə, "İnter Mayami" 2:1 hesabı ilə qalib gəlib.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”