"Sabah"ın Konfrans Liqasındakı ilk oyununun vaxtı dəyişdirildi

"Sabah"ın Konfrans Liqasındakı ilk oyununun vaxtı dəyişdirildi
ÖLKƏ FUTBOLU 21 İyul 2023 / 15:33 6641
-  A +

“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviya RFŞ-i ilə ilk - səfər matçının tarixi dəyişdirilib.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyun iyulun 27-də yox, iyulun 26-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Sabah”ın RFŞ ilə cavab qarşılaşması avqustun 3-də Bakıda keçiriləcək.


Son xəbərlər
topaz banner