AFFA-nın baş katibi Belarus Futbol Federasiyasının prezidenti ilə görüşüb

AFFA-nın baş katibi Belarus Futbol Federasiyasının prezidenti ilə görüşüb
ÖLKƏ FUTBOLU 21 İyul 2023 / 15:01 1295
-  A +

AFFA-nın baş katibi Sərxan Hacıyev “Azersun Arena”da keçirilmiş “Dinamo” (Minsk) - “Jelezniçar” (Bosniya və Herseqovina) oyununu izləmək üçün ölkəmizdə səfərdə olan Belarus Futbol Federasiyasının prezidenti Nikolay Şerstnyovla görüşüb.

Qol.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.  Görüşdə AFFA ilə Belarus Futbol Federasiyası arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. N.Şerstnyov qonaqpərvərliyə və “Dinamo” (Minsk) - “Jelezniçar” oyununun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Görüşdə BFF-nın vitse-prezidenti Andrey Vasileviç, baş katibi Sergey Jardeçkiy də iştirak edib.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner