"Oyunçu qıtlığı var. Futbolçu tapmaq artıq çox çətin məsələyə çevrilib".
Bu sözləri Qol.az saytına açıqlamasında AFFA-nın skautu İlqar Qurbanov deyib. O, xarici ölkələrdə çıxış edən oyunçuların Azərbaycana gəlmək istəməməsindən şikayətlənib:
"Səudiyyə Ərəbistanı klubları Avropadan çox futbolçu transer edir, məbləğləri çox qaldırdılar. Bu, mənfi cəhətdir. Səudiyyə Ərəbistanı klubları transferlərə, maaşlara çox pul xərcləyirlər. Futbolçular da ora gedir. Avropa ölkələrinin klublarla oyunçularla bağlı danışıqlar aparanda ikiqat transfer haqqı istəyirlər. Əvvələr belə deyildi. Əvvəl bir məbləğə razılaşan futbolçu indi ikiqat pul istəyir. Bizim klubların büdcəsi o qədər də yüksək deyil. Üstəlik oyunçular çempionatımızın səviyəsinə görə də Azərbaycana gəlməyə razılaşmırlar. Çünki burada oynasalar, tanınmayacaqlar. Azərbaycana futbolçu gətirmək çətindir. "Qarabağ" da, digər klublarımız da bu çətinlikləri çəkir".
Qurbanov qeyd edib ki, ölkə daxilində Azərbaycan yığması və klublarımız üçün istedadlı, perspektivli oyunçu tapmaq mövzusunda problemlər yaşanır: "Bəzi istedadlı futbolçularımız var. Onları milliyə cəlb etməyə çalışırıq. Amma yenə də say azdır. Daha çox Ukraynada, Rusiyada oynayan yerli futbolçularımız var. 5-6 ilə Avropada azərbaycanlı oyunçular çoxala bilər. Ölkə daxilində isə vəziyyət çətindir. Mən hər dəfə bu barədə danışıram. Amma təsssüüf ki, heç nə dəyişmir. Ümid həmişə var. Sadəcə olaraq nəsə etmək lazımdır. İndi akademiyalarımıza baxanda gələcəkdə millidə çıxış edə biləcək futbolçu görünmür. Çox uzağa getməyək, elə U-20 yığmamıza baxaq. Görün, A millimizə nə qədər namizəd var? Çox danışmağa ehtiyac yoxdur. İstedadlı uşaqlar var. Amma sonra itib-batırlar. Oynamırlar, düzgün məşqlər görmürlər. Ölkənin reytinqi yüksək olmalıdır. Bir çox məqamlar var. Tək məsələ futbolçu yetişdirmək deyil. Klublarımız xarici klublarla əməkdaşlıq etməlidirlər. Bu, çox böyükmiqyaslı bir şeydir."
Mütəxəssis yerli klublarımızın legionerlərdən çox, azərbaycanlı oyunçulara yer verməli olduğunu bildirib: "Sadəcə legionerlərdən bir heyət yığa bilmərsən. Məsələn, "Şerif" kimi edə bilmərsən. Onun heç kimə xeyri yoxdur. Bu, müvəqqəti uğurdur. 1-2 il keçir, uğur da dayanır. Təməl qoymaq lazımdır. "Qarabağ" bunu illər öncə etmişdi. Təməli yerli futbolçularla qoymuşdular. Bir neçə il sonra onun uğurunu da gördülər. İndi də "Qarabağ" bunu etmək istəyir. Amma keyfiyyətli yerli futbolçu azdır deyə çətinlik çəkirlər. Tək "Qarabağ" yox, digər klublarımız da belə sistem qurmalıdırlar. Yalnız istəmək yox, çalışmaq da lazımdır. Maliyyə ayrılmalıdır. Aşağı yaş qruplarına yaxşı məşqçilər təyin edilməlidir. Futbolçu məşqə 2-3 saatlıq gəlir. Uşaq yaxşı yemək yemir, vitaminli qidalarla qidalanmır. Elə futbolçular var ki, onların futbol məktəbində heç çimməyə yerləri yoxdur, çimmək üçün evə gedirlər. Ondan futbolçu olmaz. Uzağı 14-15 yaşına qədər oynaya bilər. Sonra dayanacaq".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi