Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" ötən gün 1-ci təsniat mərhələsinin Bakıdakı cavab görüşündə Cəbəllütariq "Linkoln"unu darmadağın etdi - 4:0. Ağdam təmsilçisi ümumi hesabda da rəqibi qabaqlayaraq (6:1) növbəti mərhələyə adladı. 2-ci təsnifat mərhələsində "Qarabağ" Polşa "Rakov"u ilə üz-üzə gələcək.
Qol.az "Qarabağ"ın "Linkon"la matçları, həmçinin "Rakov"a qarşı keçirəcəyi görüşlər haqda mütəxəssislərin fikirlərini öyrənib.

"Səbail"in sabiq baş məşqçisi, bir neçə gün əvvəl "Qarabağ" Futbol Akademiyasına koordinator təyin olunan Afdandil Hacıyev "Qarabağ"ın öz təcrübəsi hesabına ilk mərhələni asanlıqla keçə bildiyini qeyd edib: "İki komanda arasında kifayət qədər böyük fərq var idi. Oyun baxımından "Qarabağ" ilk təsnifat mərhələsinin matçlarını daha rahat keçirə bilir. Bu da komandanın təcrübəsinə əsaslanır. Ümumiyyətlə, dünənki cavab oyununda daha çox hücumda olan "Qarabağ" gördük. Bol qollu bir qarşılaşma oldu. Bir matçda 4 qolun olması azarkeşlər üçün də maraqlıdır. Qarşıda bizi daha çətin rəqiblər gözləyir. Amma bu oyunlar komanda üçün faydalı olur".
O, Polşa "Rakov"unu belə dəyərləndirib: "Polşa klubları atletik baxımdan güclü olurlar. Çünki artıq onların da kifayət qədər avrokubok təcrübəsi var. "Rakov" son vaxtlar Polşanın öndə gedən komandalarındandır. İlk mərhələ ilə növbəti mərhələdəki rəqib arasında böyük fərq var. Məşqçilər heyəti komandanı lazım olan səviyyəyə çatdırmağa çalışacaqlar".

AFFA-nın skautu İlqar Qurbanov isə "Linkoln"un "Qarabağ"la müqayisədə zəif komanda olduğunu vurğulayıb: "Yaxşı bir oyun izlədik. Dünən "Qarabağ" demək olar ki, rəqibə şans tanımadı. Rəqib də o qədər də güclü deyildi. Amma "Qarabağ" ümumiyyətlə, onlara şans vermədi".
Mütəxəssis "Rakov"a qarşı matçların çox çətin keçəcəyini deyib: "Rakov" çox ciddi rəqibdir. Bildiyimə görə, komandada baş məşqçi dəyişikliyi olub. Bu, "Qarabağ" üçün üstünlük ola bilər. Çünki məşqçi təzədir, sistemi dəyişdirə bilər. Ondan əvvəlki məşqçi uzun illər orada işləyib. "Qarabağ"ın "Rakov"la yoxlama oyununu Antalyada canlı izləmişəm. Antalyada gördüyüm komanda fiziki cəhətdən güclü idi. 1 topa 2 nəfər gedirdi. Çox yaxşı legionerləri var idi. "Qarabağ"ı çətin matçlar gözləyir".
Qeyd edək ki, "Qarabağ"la "Rakov" arasındakı ilk matç iyulun 26-da Polşada keçiriləcək və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Cavab qarşılaşması isə avqustun 2-də Bakı Olimpiya Stadionunda olacaq və yerli vaxtla saat 20:00-da start götürəcək.
Nur Zeynalova
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi