"Qarabağ" mənə yad yer deyil. Mən futbolçu kimi də, məşqçi kimi də burada fəaliyyət göstərmişəm. Rəhbərliyin mənə dəyər verdiyini həmişə hiss etmişəm. Xüsusilə də Tahir Gözəl, Emrah Çelikel, Qurban Qurbanovun... Onlar "Qarabağ"da oynayan futbolçulara hər zaman qiymət veriblər".
Bu sözləri Qol.az saytına açıqlamasında "Qarabağ" Futbol Akademiyasına yeni koordinatoru Aftandil Hacıyev təyinatı haqda danışarkən deyib. O, klub rəhbərliyinin "Qarabağ"da çıxış etmiş sabiq futbolçulara xüsusi diqqət göstərdiyini qeyd edib: "Akademiyamızda "Qarabağ"da ilk gündən zəhmət çəkən insanlar var. Bundan sonra da bu ənənəni qoruyub saxlamaq istəyirik. Təbii ki, digər məşqçiləri "Qarabağ"da oynayanlardan seçməyə bilərik. Amma "Qarabağ"ı tanıyan, bilən və bu komandanın üzərində əməyi olan insanlara da üstünlük verməyə çalışacağıq".
A.Hacıyev qeyd edib ki, futboldan uzaq qaldığı 1 il ərzində bir sıra təkliflər alıb: "Təkliflər var idi. Düzdür, 1 il futboldan bir qədər kənarda qaldım. Amma bu müddət ərzində təkliflər olurdu. Hətta "Qarabağ"la danışıqlardan əvvəl və sonra da təkliflər gəlmişdi. Lakin mənim seçimim "Qarabağ"dan yana oldu. Bu gün mənim üçün əsas olan dəyər amilidir. Gələcək karyeram üçün bu, çox önəmli bir məsələdir".
"Akademiyanın strukturunda bir çox dəyişiklik olacaq"
Mütəxəssis dəvət aldığı klubların adlarını açıqlamaq istəməyib: "Həm ölkə daxilindən, həm də ölkə xaricindən təkliflər var idi. Daha ciddi təkliflər ölkə daxilindən idi. Onlardan "Qarabağ"ı seçdim. Təklif göndərən klubların adlarını açıqlamasam, daha yaxşı olar. Çünki "Qarabağ"la razılığa gəlmişəm".
O bildirib ki, akademiyanın strukturunda bir çox dəyişiklik edəcəklər: "Yeni gələnlər olacaq. Müəyyən bölmələr açmağı düşünürük. Bunu rəhbərliklə müzakirə edirik. Akademiyadan gedənlər oldu. Öz istəkləri ilə ayrıldılar. Məsələn, akademiya üçün skaut vəzifəsini açmağı düşünürük".
"Həmin meydanı yeniləmək istəyirik"
A.Hacıyev "Qarabağ"ın akademiyasının yuxarı yaş qruplarının məskunlaşdığı Sərhədçi İdman Olimpiya Mərkəzinin meydanını yeniləmək istədiklərini deyib: "Bizim üçün ən önəmli olan meydandır. Meydan bizim istədiyimiz səviyyədə deyil. Hazırda Sərhədçi İdman Olimpiya Mərkəzində məskunlaşmışıq. Meydanın yenilənməsi ilə bağlı rəhbərliklə müzakirələr gedir. Bunların hamısını qısa müddətdə etmək bir az çətin görünür. Lakin rəhbərlik də meydan amilinin önəmli olduğunun fərqindədir. Yaxın zamanda meydanın yenilənməsinin vaxtı ilə bağlı bir qərara gələcəyik. Hər yaş qrupunda seleksiya xarakterli məşqlərimiz olacaq. Ola bilər ki, məşqçilərin mövqeyində də dəyişikliklər olsun. Vahid sistemdə çalışacağıq".
"Rauf Əliyev, Rəşad Sadiqov və Cavid Hüseynovla danışıqlarımız olub"
Mütəxəssis akademiyaya Azərbaycan millisində və "Qarabağ"da oynamış bəzi sabiq futbolçuların məşqçi təyin olunması üçün danışıqlar apardıqlarını qeyd edib: "İstəyirik ki, daha çox millidə, "Qarabağ"da oynamış keçmiş futbolçulardan dəvət edək. Yaxın zamanlarda hər şey müəyyənləşəcək. Rauf Əliyev və Rəşad Sadiqov, eləcə də Cavid Hüseynovla danışıqlarımız olub. Amma yekun qərarı verməmişik. Müzakirələr gedir. Son qərarı yaxın günlərdə verəcəyik".
Nur Zeynalova
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi