"Sabah" "Olimpiakos"la heç-heçə etdi

"Sabah" "Olimpiakos"la heç-heçə etdi
ÖLKƏ FUTBOLU 19 İyul 2023 / 15:56 10347
-  A +

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Qol.az xəbər verir ki, Bakı təmsilçisi Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Bakı klubunun heyətində Davit Volkov 42-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Qətərin “Al-Sadd” (3:1), ikinci matçda isə Almaniyanın “Sankt-Pauli” (1:4) klubu ilə qarşılaşıb.


Son xəbərlər
topaz banner