Azərbaycan çempionatlarında gümüş və bürünc medallar verilməyəcək

Azərbaycan çempionatlarında gümüş və bürünc medallar verilməyəcək
ÖLKƏ FUTBOLU 18 İyul 2023 / 16:03 4777
-  A +

2023/2024 mövsümündə Azərbaycan Premyer Liqası, 1-ci və əvəzedicilərin turnirində ikinci və üçüncü yeri tutan komandalara gümüş və bürünc medallar verilməyəcək.

Qol.az xəbər verir ki bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yalnız mövsümü çempion kimi başa vuran komandaya qızıl medal təqdim olunacaq.

Xatırladaq ki, ötən mövsüm Azərbaycan Premyer Liqasını "Qarabağ" 1-ci, "Sabah" 2-ci, "Neftçi" 3-cü pillədə başa vurub.


Son xəbərlər
topaz banner