“Əlimizdən gələni edirik ki, çempionat maraqlı olsun. Düşünürəm ki, çox maraqlı mövsümlərdən birini izləyəcəyik”.
Qol.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev deyib.
Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasimində çıxış edən Şahgəldiyev bildirib ki, ötən mövsüm çempionatda intriqanın olmasında sonuncu yerin I diviziona düşməsi barədə qərarın böyük rolu olub: “Premyer Liqa klubları heyətlərini gücləndiriblər. Demək olar ki, hər biri ölkə xaricində təlim-məşq toplanışı keçirlər. Bütün bunlar işlərin daha peşəlar səviyyədə qurulduğunu göstərir. Sevindirici haldır ki, ötən mövsüm müəyyən fasilədən sonra idman prinsipləri qorundu və sonuncu yeri tutan Premyer Liqanı təkr etdi, I divizionun qalibi isə Premyer Liqaya yüksəldi. Etiraf edək ki, I diviziona düşən olmasaydı, çempionat o cür maraqlı keçməzdi. Çünki ilk 3 yer çempionatın gedişində böyük ölçüdə məlum idi. Ancaq 4-cü yer uğrunda mübarizəyə şahidlik edəcəkdik. İntriqa olanda futbolçular üçün də yaxşıdı. Hər xal uğrunda mübarizə gedir. Çalışmaq lazımdı ki, hər mövsüm idman prinsipləri qoruya bilək”.
PFL rəsmisi onları narahat edən məqamlardan da söz açıb: “Bizi narahat edən məqamlar var. Xüsusən də infrastrukturla bağlı. Bilirik ki, “Araz Naxçıvan” Premyer Liqaya yüksəlsə də, hazırda infrastrukturla bağlı problemlər var. Ona görə də biz gələcəkdə qərar qəbul etməliyik. I divizionun qalibi Premyer Liqaya yüksələcək, yoxsa daha yaxşı infrastrukturu olan. Məsələn, UEFA üçün oyunun harada keçirilməsi önəmli deyil. Əsas odur ki, qurumun təsdiq etdiyi stadion olsun”.
A.Şahgəldiyev bu mövsüm xeyli tənqid olunacaqlarını da bildirib: “Bu mövsüm ilk dəfə olaraq eyni zamanda 5 turnir keçirəcəyik. Buna görə də bilirəm ki, ən çox tənqid olunacağımız mövsüm olacaq. Lakjn biz tənqidlərə hazırıq”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi