“Adrian Mutu yaxşı oyunçu olub. Amma məşqçi kimi fəaliyyətindən məlumatım yoxdur. Özü də deyir ki, mən məşqçi kimi az işləmişəm. Cəmi 5 il məşqçi karyerası var”.
Bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın Əməkdar Məşqçisi Ağasəlim Mircavadov deyib.
Adiran Mutunun “Neftçi”yə baş məşqçi təyin olunmasından danışan təcrübəli mütəxəssis bildirib ki, komandaya əcnəbi yox, yerli məşqçi gətirilməli idi: “Əcnəbi məşqçi gətirirksə, onun işinə baxmalıyıq ki, bizim yerlilərdən nə ilə fərqlənir ki, komandaya dəvət edirik. Mutunun “Neftçi”dəki gəlirinə də baxın. Görün nə qədərdir. Əcnəbi futbolçu və məşqçini gətirirsənsə, mütləq yerlilərdən üstün olmalıdır. Yalnız bu halda uğur əldə etmək mümkündür. Biz isə bunu görmürük. Nə deyə bilərik, rəhbərliyin işidir, onlara bir söz də demək olmur. Belə qərar veriblər. Biz hər il eyni səhvləri edirik. Yerli məşqçi olsa, daha yaxşı olardı. Yerli məşqçi ilə daha yaxşı komanda formalaşdırmaq və uğurlu nəticələr qazanmaq olar”.

Ağasəlim Mircavadov
Mircavadov “Neftçi”ni yerli məşqçilərdən hansı çalışdırmalıdır” sualını isə belə cavablandırıb: “Hamısı bacarardı. İndiki halda cavan məşqçilərə də etibar etmək olardı. Təcrübəlilər də var. Hər halda yerli məşqçilər bizim futboldan daha yaxşı məlumatlıdır. Mən həmişə yerli məşqçiləri üstün tutanda birmənalı qarşılanmır. Təəssüf ki, bizdə yerli məşqçi ilə əcnəbiyə yanaşma fərqlidir. Yəqin xarici məşqçi şirin olur. Amma bizdə 1993-cü ildən indiyə qədər bütün uğurlar yerli məşqçilərin adı ilə bağlıdır. Bundan dərs ala bilmirik”.
“Neftçi”nin sabiq çalışdırıcısı qeyd edib ki, bundan sonra komandada problemlərin olmaması üçün struktur düzgün qurulmalıdır: “Adətən biz görmüşük ki, oyunçunu komandaya baş məşqçi dəvət edir. Amma “Neftçi”də baş məşqçi olmadığı vaxtda 1-2 oyunçu ilə danışıq aparıblar. Bildiyimə görə, müqavilə də bağlayıblar. Bu, nə dərəcədə düzgündür? İndiyədək belə şey olmayıb. Baş məşqçi öz oyun üslubuna uyğun futbolçu seçməlidir. Görünür, “Neftçi”də bu işlər tərs mütənasibdir. “Neftçi”də əvəzedici və əsas komandanı birləşdirmək, akademiyadan da oyunçular cəlb etmək lazımdır. Oradakı futbolçular bilməlidirlər ki, hansı klubda, hansı sistemlə oynayırlar. Bunlar vacib amillərdir. Əcnəbi məşqçi gəlir və özünə uyğun taktika seçir. Onlar akademiyaya da fikir vermirlər. Məncə, heç əvəzedici heyət də onlara maraqlı deyil”.
A.Mircavadov “Neftçi”nin Konfrans Liqasındakı çıxışından gözləntisini də bölüşüb: “Mutunun işi ağır olacaq. Çünki Konfrans Liqası başlayır, heyətdə böyük problemlər var. Problem 1-2 deyil ki, danışasan. Müdafidə, hücumda, orta xətdə, oyun üslubunda, oyunçu seçimində xeyli problemlər mövcuddur. Vaxt artıq bitib. Konfrans Liqasının oyununa 10 gün qalıb. Düzdür, “Dinamo” (Minsk) – “Jelezniçar” oyununu Bakıda izləyəcəklər, bu, əladır. Amma hazırda “Neftçi”nin futbolçuları yaxşı vəziyyətdə deyil. Oyunçu lazımdır. Sankt-Peterburqdakı turnir də bunu göstərdi. Problemlər olacaq. Bu problemlər Azərbaycan çempionatında da davam edəcək”.
Ramiq Ağaməmmədov
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”