"Araz Naxçıvan"ın ev oyunlarını bu arenada keçirəcəyi dəqiqləşdi

"Araz Naxçıvan"ın ev oyunlarını bu arenada keçirəcəyi dəqiqləşdi
ÖLKƏ FUTBOLU 17 İyul 2023 / 12:19 4213
-  A +

Premyer Liqada mübarizə aparacaq “Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib. 

Qol.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Naxçıvan Muxtar Respublika stadionunda aparılacaq təmir işləri ilə əlaqədar komanda rəqiblərini oktyabr ayına qədər müvəqqəti olaraq Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.

Qeyd edək ki, 2011-cu ildə istifadəyə verilən arenanın tutumu 6700 nəfərlik, meydanın örtüyü isə təbiidir.

Xatırladaq ki, "Araz Naxçıvan"ın ev oyunlarını müvəqqəti olaraq  "Dalğa Arena"da keçirəcəciyə dair ilk xəbəri qol.az yazıb.
 


Son xəbərlər
topaz banner