“Boluda ikinci yoxlama görüşümüz idi. Üç gündən bir oyun keçiririk. Ağır qrafiklə hazırlıq keçdiyimizi bilirik. Futbolçular yüklənmə altında da istədiyimiz futbolu nümayiş etdirməyə çalışırlar. Bu da sevindiricidir".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində “Orenburq”la (Rusiya) heç-heçə etdikləri oyundan (1:1) sonra deyib.
O bildirib ki, bugünkü rəqibləri yaxşı komanda idi: "Rusiya Premyer Liqasında mübarizə aparan bir komanda ilə görüşdük. “Orenburq” toplanışı başa çatdırmaqda olduğu üçün rəqib oyunçular daha hazırlıqlı görünürdülər. Amma komandamız yaxşı oynadı. Rəqibdən çəkinmədi və öz oyun üslubumuzun üzərində dayandıq. Hər matç bizim üçün önəmlidir. Çünki komanda oyundan oyuna güvəni qaytaracaq və xətlərarası əlaqəni daha da yaxşılaşdıracaq”.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı