"Qarabağ" yeni transferini açıqladı - Video

"Qarabağ" yeni transferini açıqladı - Video
ÖLKƏ FUTBOLU 15 İyul 2023 / 13:30 9868
-  A +

"Qarabağ" sabiq futbolçusu Patrik Andradenin transferini açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kabo-Verdeli yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Patrik Andrade 2020-ci ildən 2022-ci ilin may ayına qədər "Qarabağ"da çıxış edib. Sonra o, Serbiyanın "Partizan" klubuna keçib. 30 yaşlı futbolçu 2022/23 mövsümündə bu komadada bütün turnirlərdə 26 oyunda iştirak edib, 2 qol vurub və 3 qolun ötürməsini edib.


Son xəbərlər
topaz banner