"Sabah" Almaniya klubuna uduzdu

"Sabah" Almaniya klubuna uduzdu
ÖLKƏ FUTBOLU 15 İyul 2023 / 15:58 8326
-  A +

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün hazırlıq çərçivəsində növbəti sınağına çıxıb.

Qol.az xəbər verir ki, Murad Musayevin komandası Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Sankt-Pauli”ylə qarşılaşıb.

İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda keçirilən görüş "Sabah"ın məğlubiyyəti ilə başa çatıb - 1:4. Bakı klubunun yeganə qolunu 57-ci dəqiqə Coy Lens Mikels vurub.

Xatırladaq ki, “Sabah” Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu Qətərin “Əl-Sədd” komandasına qarşı keçirib və 3:1 hesabıyla qalib gəlib.


Son xəbərlər
topaz banner