Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı “Yurqorden”lə müqavilə bağlasa da, hələlik yeni komandasında məşqlərə başlamayıb.
Qol.az xəbər verir ki, 21 yaşlı futbolçu müqavilə imzaladıqdan sonra Bakıya qayıdıb. Əldə etdiyimiz xəbərə görə, M.Qurbanlı üçün işçi vizası alındıqdan sonra o, hazırlığa qoşulacaq.
M.Qurbanlı ilə yanaşı digər transfer Feliks Va da müvafiq vizanın açılmasını gözləyir.
Qol.az-ın xəbərinə görə, məsələ ilə əlaqədar “Yurqorden”in direktoru Bosse Anderson İsveçin “Expressen” nəşrinə açıqlama verib. O bildirib ki, öz tərəflərindən sənədləşmə işlərini qaydaya salıblar. “Sənədlər İsveçin Miqrasiya İdarəsinə göndərilib” - deyə klub rəsmisi vurğulayıb. Əgər işçi vizası alınsa, artıq bu həftənin sonları M.Qurbanlı məşqlərə başlayacaq. Qəzetin yazdığına görə, M.Qurbanlı şənbə və bazar günləri komandada ilk hazırlığında iştirak edə bilər. Onun hətta iyulun 17-də “Malmö”yə qarşı İsveç çempionatının 15-ci turunun oyununda iştirak edəcəyi istisna olunmur.
Komandanın baş məşqçilərindən olan Tomas Laqerlöfün (digəri Kim Berqstrand) bildirdiyinə görə, əgər sənədləşdirmə qaydasında olsa, onların (Musa və Feliks Va) qarşıdakı matçda iştirakı aktualdır. “Çox şey onların fiziki durumundan asılı olacaq. Əgər hazır olsalar, bütün variantlar mümkündür” - deyə mütəxəssis bildirib.
Məşqçi deyib ki, M.Qurbanlı ilə bağlı durum normaldır: “O, çoxlu məşq etmiş və millinin düşərgəsində olmuşdu. Amma bu, mən onu görənə və Musa fizioterapevtlər tərəfindən müayinə olunana qədər idi”.
Baş məşqçi deyib ki, Musa komandasında ən çox görmək istədiyi oyunçu olub: “O, əsl 9 nömrədir. Daim cərimə meydançasına daxil olmaq istəyir. O, həmişə qollar vurmaq istədiyi boş zona axtarır . O, künc bayrağı yaxınlığında kombinasiya axtarışında olan futbolçulardan deyil. Musa zəhmətkeş, yaxşı cüssəsi olan bitirici imkanlara malik oyunçudur. O, başla sağ və sol yaxşı zərbələr endirə bilir”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi