“Bir neçə gündür hazırlıqlara başlamışıq. Heyətə cəlb etdiyimiz futbolçulardan zədəli olanlar da var idi. Uşaqların meydanda hərəkətliliyini görmək istəyirdim”.
Qol.az xəbər verir ki, bunu “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov “Turan Tovuz”a qarşı keçirilən yoxlama oyunundan (1:5) sonra deyib.
O, komandanın mövsümün əvvəlində müəyyən çətinliklərlə üzləşəcəyini istisma etməyib: “Komanda verilən tapşırıqların öhdəsindən 50-60 faiz gəldi. Nəzərə almaq lazımdır ki, uşaqlar hələ formada deyillər. İnanıram ki, çempionatın ilk 2-3 turunda müəyyən çətinliklərimiz olacaq. Lakin sonradan hər şey yoluna düşəcək”.
Mütəxəssis hazırkı durumdan razı olmadığını bildirib: “Hazırlıqdan razı deyiləm. Çünki istədiyim futbolçular sərəncamımda deyil. 1-2 günlük istirahətimiz olacaq. Daha sonra məşqləri bərpa edəcəyik və ümid edirəm ki, heyətimizdə görmək istədiyimiz legionerlər həmin vaxt düşərgədə olacaqlar”.
Naxçıvan təmsilçisinin baş məşqçisi transferlərdə yubanmaları fikri ilə razılaşıb: “Bəli, transfer məsələlərində gecikirik. Düşünürəm ki, indiki halda başqa variant da yoxdur. İşimizlə çalışacağıq ki, bunların hamısını sığortalayaq”.
O, daha çox hücum xəttinə əcnəbi futbolçu cəlb etmək istədiklərini vurğulayıb: “Bu gün cinah müdafiəçilərimiz var, hansılar ki, Premyer Liqada təcrübəli var. Orta sahə, hücum xəttində legionerlərə daha çox ehtiyacımız var. Əsasən ön xətt oyunçularımızın əcnəbilər olmasını istəyirik”.
A.Bağırov çətinliklərin komandadakı qeyri-müəyyənliklə bağlı olduğunu vurğulayıb: “Ümumilikdə bu günə qədər komandada qeyri-müəyyənlik var idi. Təbii ki, rəhbərlik olmadan hər hansı addım ata bilmirdik. Bu gündən rəsmi olaraq rəhbərliyimiz müəyyənləşdi. Yeni rəhbərliyin tapşırığı ilə yeni formaya keçəcəyik”.
O, stadion məsələsinə də toxunub: “Naxçıvan stadionu ilə bağlı suala klub rəhbərliyi daha dəqiq cavab verə bilər. Biz məşqçilər korpusu olaraq komandanı formalaşdırmalıyıq. Əlbəttə ki, Naxçıvanda oynamaq bizim üçün üstünlükdür. Çünki orada futbolu sevirlər”.
Hələlik klub rəhbərliyi ilə görüşə bilmədiyini vurğulayan mütəxəssis çətinliklərin onu qorxutmadığını qeyd edib: “Yəqin ki, 1-2 günə rəhbərliklə görüşəcəyik. Məşqçi kimi çətinliklərə hazır olmalıyıq. Gecə-gündüz yeni transferlər üzərində çalışırıq. Bəzən elə olur ki, evə belə gedə bilmirik. “Araz Naxçıvan”ı bu gün Avropada tanımırlar. Ona görə də əcnəbiləri komandaya cəlb etmək heç də asan deyil”.
Azər Bağırov Türkiyəyə təlim-məşq toplanışına yollana biləcəklərini istisna etməyib: “Əgər tezliklə heyətə 4-5 legioner cəlb etsək, ayın 18-də təlim-məşq toplanışına gedəcəyik. Ərzurumda yerimiz hazırdır. Legionerlərə dəvət göndərmişik, gözləyirik. Qarşıda 1 həftə vaxtımız var”.
"Messini geri qaytarmaq istəyirdik, amma..."
“Qarabağ” və “Nyukasl” oyuna bu heyətlə çıxır
"Nyukasl" Qordonla bağlı nə planlaşdırır?
Futbolçularla bağlı yeni qadağa tətbiq oluna bilər
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait əldə edib
"Yuventus" onun müqaviləsini yeniləyir
Rövşən Nəcəf FİFA prezidentini təbrik etdi - Video
Şamaxıda vurulan 5 qol - Video
Qol şansını qaçırdı, göz yaşlarını saxlaya bilmədi
"Barselona" misirli futbolçunu hədəfə aldı
Meksika və İslandiya millilərinin matçı baş tutacaq?
Haalandın komandası ciddi sanksiya ilə üz-üzədir
"Turan Tovuz"un inamlı qələbəsindən - Video
1-ci liqada 16-cı tur start götürdü
Çempionat oyunları təxirə salındı
"Fənərbaxça"da ciddi itkilər var
"Qəbələ"dən bir az ehtiyat edirdik" - Kurban Berdıyev
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
2-ci liqada lider dəyişdi
"Sabah"ın sabiq baş məşqçisi cəmi 4 ay işlədi
Flikdən futbolçularına sərt cəzalar
Pelleqrini La Liqanın ən yaxşısı seçildi
"Qəbələ" - "Turan Tovuz": Heyətlər açıqlandı
"Qarabağ" onun xatirəsini əbədiləşdirsə, yaxşı olar" - Video
"Sabah"ın U-13 komandası Gürcüstandakı turnirdə 2-ci oldu
“Barselona” prezidenti stadionu özü təmizlədi - Video
Çempionlar Liqasının oyunları bu kanallarda
“Bolt” ləqəbim "Qarabağ"da mövzu oldu"
Azərbaycan milliləri reytinq turnirində
“Nyukasl” “Qarabağ”la oyuna itkilərlə çıxacaq
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
La Liqa klubu baş məşqçisini istefaya göndərdi
Qrizmann da MLS klubuna keçir
"Benfika" UEFA-nın qərarına görə bəyanat yaydı
Sürət həddini kobud şəkildə aşdı - Cəzalandırıldı
“Mançester Yunayted” səfərdə qələbə qazandı
"Araz Saatlı" - "Şirvan" matçında 3 qol - Video