“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Araz Naxçıvan”a qarşı keçirilən yoxlama oyunundan (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az Ayxan Abbasovun müsahibəsini təqdim edir:
- Əvvəlcə qarşılaşma haqda fikirlərinizi bölüşərdiz.
- Bizim üçün əsas olan oyun tempi idi. Heyətimizdə yeni futbolçular var. Onlar hazırda adaptasiya dövrünü keçirlər. Ümumi götürdükdə, oyundan razı qaldıq. Əsas odur ki, bu gün komandadan istədiklərimizi ala bildik. Bu matçla hazırlığın ilk mərhələsinə yekun vurduq. Növbəti mərhələ Türkiyədə olacaq.
- Komandanızın 5 qol vurmasını necə şərh edə bilərsiz?
- Həmişə deyirik ki, yoxlama oyunlarında nəticə önəmli deyil. Amma bu gün futbolçuların qol vurması, özlərinə inamı bizim üçün vacibdir. Qol olanda biz də sevinirik, futbolçular da.
- Yeni transferlərin çıxışını necə dəyərləndirirsiz?
- Yeni legionerlərə bir qədər vaxt lazımdır. Yavaş-yavaş komandaya uyğunlaşacaqlar. Onlara ümidimzi böyükdür.
- Keçən dəfə orta sahəyə bir futbolçu axtardığınızı demişdiz...
- Axtarış davam edir. Yaxın günlərdə həll edəcəyik. Danışdığımız oyunçular var. Lakin razılıq əldə etməmişik.
- Demək olar ki, yeni mövsümdə daha güclü “Turan Tovuz” görəcəyik?
- Gəlin tələsməyək. Bəlkə də birinci oyun idi, oyunçular futbol üçün darıxmışdılar. Əslində, komandadan istədiyimiz futbol budur. Lakin bunu saxlamaq çətindir. Bunun öhdəsindən gəlməliyik. Bəzi futbolçuların fərdi keyfiyyətləri oyunumuza rəng qatacaq. Onları seçməkdə də məqsədimiz elə bu idi.
- Meydanda ən yaxşılardan biri Fərid Nəbiyev idi...
- Fərid Nəbiyev bu gün öz mövqeyində Azərbaycanda ən potensiallı futbolçulardandır. Biz Fəridə böyük ümid bəsləyirik. İnanıram ki, milli komandaya layiq futbolçudur. Amma üzərində çox çalışmalıdır.
- Komandanızın üzvü Roderik Miller 1 aydır ki, Panama millisinin düşərgəsindədir. Onun komanda ilə birgə hazırlıq keçməməsi çətinlik yaratmayacaq?
- İstərdik ki, bizimlə birgə hazırlıq keçsin. Amma millinin düşərgəsindədir, məşq edir, oyunlara çıxır. Əsas odur ki, istirahət etmir. Tezliklə o da düşərgəmizə qoşulacaq.
- Bu mövsüm heyətinizi daha da gücləndirdiz. Artıq tovuzlu azarkeşlərin komandadan gözləntisi daha çoxdur. Bu məqam sizi narahat etmir?
- Təzyiq həmişə var. Keçən il azarkeşlər çətin vaxtlarımızda belə bizdən qələbə tələb edirdilər. Ona görə də komandadan həmişə qələbə istəyəcəklər. Amma biz vəziyyətə real baxırıq. Tələssək, tez yanarıq. Əlbəttə, artırmaq istəyirik. Artırmaq dedikdə söhbət təkcə avrokuboklara vəsiqədən getmir. Klub olaraq böyüməliyik. Əsas məqsədlərimizdən biri azarkeşlərimizi sevindirməkdir.
- Runi Evanın gedişi “Turan Tovuz”un çıxışına nə dərəcədə təsir göstərəcək?
- Bu gün adlar haqda fikirləşmirik. Təbii ki, hər gedən futbolçunun təsiri olacaq. Biz də gedənlərin yerini doldurmağa çalışırıq. Gətirdiyimiz futbolçular Runidən zəif deyillər. Otto Con, Petkov, yaxud Paçu olsun. Belajinin özünə böyük ümidimiz var. Hər gedən fubolçu bizim üçün dəyərli idi, lakin gələnlər onlardan da dəyərlidir.
- “Turan Tovuz”un əlavə sponsor axtarışında olduğu deyilir...
- Bu haqda məlumatsızam. Bilirsiz ki, “Hünər Qrup” gələndən sonra komandamızın inkişafında, klub olaraq formalaşmağımızda böyük təkan var. Tək əsas komanda yox, akademiyaya da diqqət ayrılır. Eləcə də stadionumuzun çatışmazlıqları aradan qaldırılır.
Əsas problem işıqlandırma sistemi ilə bağlı idi. Artıq o problem də yoluna qoyulub. Təbii ki, bütün bunlar “Hünər Qrup”un dəstəyi ilədir. Belə sponsorların futbolumuza gəlişi sevindiricidir.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi