2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” PFK heyətini daha bir futbolçu ilə gücləndirib.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi son mövsümü Fransanın “Sedan” klubunda keçirmiş hücumçu Aleksandr Ramalinqomla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Madaqaskar millisinin üzvü olan Aleksandr Ramalinqom karyerası ərzində “Marinyan”, “Balajn”, “Ayaçço”, “Marinyan Cinyak”, “Bezye” (Fransa) “Virton” (Belçika) klublarının uğurları üçün çalışıb. 30 yaşlı futbolçu Madaqaskar millisində 8 qarşılaşmada da meydana çıxıb.
Xatırladaq ki, "Səbail" bundan əvvəl Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Bahadur Həziyev, Amil Yunanov, Nir Bardea, Yadin Luqas, Valdemar Almeyda-Pana, Pedro Nunonu transfer edib.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda