"Sabah" İtaliyada Almaniya klubu ilə qarşılaşacaq

"Sabah" İtaliyada Almaniya klubu ilə qarşılaşacaq
ÖLKƏ FUTBOLU 12 İyul 2023 / 16:30 3704
-  A +

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı növbəti rəqibin adına aydınlıq gəlib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli”ylə qarşılaşacaq.

Görüş iyulun 15-də, Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00) İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda keçiriləcək.

Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu Qətərin “Al-Sadd” klubuna qarşı keçirib (3:1).


Son xəbərlər
topaz banner