“Qarabağ” klubunun direktoru Emrah Çelikelin Qol.az saytına müsahibəsi
- “Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı. Əvvəlcə “Linkoln”la dünənki səfər matçı (2:1) ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Təbii ki, ilk oyunda qələbə qazanmaq xoş oldu. Sona 4-5 saniyə qalmış futbolçularımız qol vura bildi. Oradan yaxşı hesabla qayıtmaq vacib idi. Amma turu keçmək üçün hər iki oyunun nəticəsi önəmlidir. Ona görə də komandamız çox arxayınlaşmamalı, tədbirli olmalıdır. İnşallah, burada da istədiyimiz nəticəni qazanıb 2-ci mərhələyə keçərik.
- Ardıcıl 9 dəfə avrokubokların qrupunda oynaması “Qarabağ”dan gözləntiləri hər mövsüm artırır. Bu mövsüm komandadan nə gözləmək olar? Hədəfiniz nədir?
- Həmişə bizim hədəfimiz gedə biləcəyimiz ən yuxarı pillə olub. Heç vaxt rəhbərlik tərəfindən hansısa liqada qarşıya hədəf qoyulmayıb ki, bu yeri tutmaq lazımdır. Komanda bacardığı qədər irəliləyir. Əlbəttə, çox istəyirik ki, Çempionlar Liqasında qrupa vəsiqə qazanaq. Amma burada rəqiblərdən də çox şey asılıdır.
- “Qarabağ”la adı çəkilən futbolçular var. Transferlər gözlənilir?
- Bəli, gözlənilir. Hazırda danışıq apardığımız, cavab gözlədiyimiz oyunçular var. Bilirsiniz ki, biz bu barədə ancaq transfer rəsmiləşəndən sonra məlumat veririk.
- “Qarabağ”ın sabiq futbolçusu Patrik Andrade və belçikalı yarımmüdafiəçi Jason Lokilonun transferi reallaşacaq?
- Gəlin tələsməyək. Çox yaxın zamanda bununla bağlı rəsmi məlumat veriləcək. Patrik Andrade tanıdığımız, hocanın (baş məşqçi Qurban Qurbanov – R.A) komandada görmək istədiyi futbolçudur. Hər şey rəsmiləşəndən sonra bu haqda məlumat verəcəyik.
- Kevin Medinanın yaxın zamanda Türkiyənin “Rizespor” klubuna keçəcəyi haqda xəbərlər yayılıb. Bu məsələ nə yerdədir?
- Bilirik ki, “Rizespor” Medinanı ciddi şəkildə istəyir. Onun bizimlə müqaviləsi var. Ona görə də belə məqamda son sözü klub deməlidir. Amma əsas olan futbolçunun seçimi, özünü harada görməsidir. Hazırda “Rizespor”la danışıqları “Linkoln”la cavab oyununa qədər saxlamışıq. Türkiyə klubu bizə müraciət edib və demişik ki, futbolçunun motivasiyası pozulmamaq üçün danışıqları hələlik dayandıraq.
- Deməli, Medina ən azı “Linkoln”la cavab oyununa qədər “Qarabağ”da qalır?
- Bəli, cavab oyununa qədər Medina bizimlə olacaq. Oyundan sonra isə özü qərar verməlidir. Onun istəyindən çox şey asılıdır.
- İstəyini kluba bildirib? Öz fikri nədir?
- Biz bu haqda danışmamağa üstünlük veririk. Çünki bütün diqqətlər “Linkoln”la oyuna yönəlməlidir. Onun gələcək planı da önəmlidir. Özü burda olsun, ağlı başqa komandada, biz bunu düzgün hesab etmirik.
- Medina dünənki oyunda qolla nəticələnən səhv etdi. Bəlkə, artıq fikri “Rizespor”dadır?
- Onun oyununu baş məşqçimiz dəyərləndirir. Bu barədə o, fikir bildirə bilər. Ancaq mən inanıram ki, Medina işinə məsuliyyətlə yanaşan və “Qarabağ”ı sevən futbolçudur.
- Musa Qurbanlının İsveçin “Yurqorden” klubuna transferi haqda da fikirlərinizi bilmək istəyirik.
- Musa həm Azərbaycan millisinin oyunçusudur, həm də “Qarabağ”a çox faydası dəyib. Biz istəyirik ki, cavan və yerli oyunçular özünü daha çox inkişaf etdirsin, Azərbaycan millsinə və gələcəkdə bizə daha böyük futbolçu kimi qayıtsın. Ona görə də onun gedişi məsləhət oldu və göndərdik.
- Tofiq Bəhramov adına Respublika stadionunda aparılan yenidənqurma işlərinə görə “Qarabağ” avrokuboklarda ən azı iki ev oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. Komanda iki oyundan sonra “Tofiq Bəhramov”a qayıda biləcək?
- Bəli, hazırda “Tofiq Bəhramov”da əsaslı yenidənqurma işləri gedir. Məncə, əgər irəliləyə bilsək, 3-cü mərhələnin oyununu orada keçirə bilərik. Gənclər və idman naziri Fərid Qayıbovun göstərişi ilə mərkəzi arenada çox böyük işlər görülür. Düşünürəm ki, avqust ayında işlər başa çatacaq.
- Konfrans Liqasının “Dinamo” (Minks, Belarus) - “Jelezniçar” (Bosniya və Herseqovina) matçı “Qarabağ”a məxsus “Azərsun Arena”da olacaq. Necə oldu ki, bu klublar “Azərsun Arena”nı seçdi?
- Bilirsiniz ki, müharibə şəraitinə görə, UEFA oyunların Belarusda keçirilməsinə qadağa qoyub. Ona görə klublar bizə müraciət etdi. Biz də bunu müsbət cavablandırdıq.
Ramiq Ağaməmmədov
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı